Icma.az
close
up
RU
Qızıl bazarında şok: qiymət sürətlə dəyişdi, gələcəkdə isə...

Qızıl bazarında şok: qiymət sürətlə dəyişdi, gələcəkdə isə...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Hazırda qızıl bazarında dalğalanmalar müşahidə edilir. Belə ki, bazar ertəsi qızılın qiyməti kəskin düşərək unsiyası 4402 dollara qədər geriləyib, lakin daha sonra 4808 dollara yüksəlib. 

Bəs gələcəkdə qızıl yenidən ucuzlaşa bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova deyib ki, bu ucuzlaşmanı 1980-ci illərdən bəri ən böyük enişlərdən biri kimi qiymətləndirmək olar:

“Qızılın qiyməti bir neçə gün ərzində 10-12 faizdən çox ucuzlaşdı. Fəqət, bu enişin spekulyativ xarakter daşıdığını düşünürəm. Yəni ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) növbəti sədri vəzifəsinə Kevin Uarşı namizəd göstərməsi xəbəri bazarlarda “sərt monetar siyasət” yürüdüləcəyi mesajı kimi dəyərləndirildi. Bir çox investorlar bu durumda FED-in faizləri daha yüksək səviyyədə saxlayacağı və ya erkən endirməyəcəyi qənaətinə gəldi. Belə olan halda da, dollar güclənir, qızıl kimi faiz gətirməyən aktivlərin cəlbediciliyi azalır. Yəni bu xəbər monetar siyasət gözləntilərini dəyişdirdiyi üçün, qiymətli metallar bazarında “şok təsiri” yaratdı və bir çox investorun qızıldan qısa müddətli çəkilməsinə səbəb oldu. Bu da təbii olaraq qızılın sürətli ucuzlaşmasına gətirib çıxardı”.

Vüsalə Əhmədova

İtisadçı bildirib ki, əgər FED həqiqətən də faizləri artırmaqla bağlı daha güclü siqnallar verərsə, qızılın qiyməti qısa müddətdə yenidən ucuzlaşa bilər:

“Lakin fikrimcə, geosiyasi risklər, bir çox ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını artırmaqda davam etməsi və inflyasiyanın yüksək olaraq qalması qızılın qiymətini orta və uzun müddətdə yenidən yüksəldəcək. Xüsusilə də, bir çox mərkəzi bankın qızıl ehtiyatlarını artırması uzun müddət üçün bazarda tələbatı gücləndirən struktur dəyişiklik sayılır. Qısası, qızıl bazarında dalğalanmalar davam edə bilər, amma bu o demək deyil ki, qiymət yalnız aşağı enməkdə davam edəcək, makroiqtisadi siqnallar qiymətə təsir edən daha böyük amillərdir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Fevral 2026 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri