Qızıl əvəzinə benzin
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ciddi valyuta qıtlığı ilə üzləşən Boliviya yanacaq almaq üçün qızıl ehtiyatlarını satır.
Avtosfer.az xəbər verir ki, ölkə 2024-cü ildə yerli istehsalçılardan 14,5 ton qızıl alıb. İndi bu qızılın bir hissəsi satışa çıxarılır. Məqsəd qonşu ölkələrdən yanacaq idxal etməkdir.
Ciddi maliyyə böhranı ilə üzləşən ölkənin xarici valyuta ehtiyatları 2 milyard dollardan azdır. Bunun da cəmi 50 milyonu nağd şəkildədir. Ölkədə 1 il yaxındır dolları yalnız qara bazarda almaq mümkündür. Həm də rəsmi kursdan 2 dəfə baha qiymətə.
Ölkədə 1 ildir davam edən böhran ciddi yanacaq qıtlığı ilkə müşayiət olunur. Benzin çatışmazlığı ölkədə çox sayda şirkətin müflisləşməsinə səbəb olub.
Vüqar
Baxış sayı:106
Bu xəbər 10 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















