Icma.az
close
up
RU
Qızıl Günbəz müdafiə sistemi üçün xərclər $1,1 trilyon olacaq Bloomberg

Qızıl Günbəz müdafiə sistemi üçün xərclər $1,1 trilyon olacaq Bloomberg

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

"Qızıl Günbəz" (Iron Dome) raket əleyhinə müdafiə sisteminin yaradılması ABŞ-a 1,1 trilyon dollarla başa gələcək, halbuki ABŞ Prezidenti Donald Trampın əvvəlcədən açıqladığı 175 milyard dollar məbləği ilə müqayisədə bu, çox böyük bir artımdır.

Bizimyol.info xəbər verir ki, bu, "Bloomberg" agentliyinin apardığı hesablamalarla müəyyən edilib.

Hərbi ekspertlər agentliklə söhbətində bildiriblər ki, ABŞ administrasiyasının "Qızıl Günbəz"i 2029-cu ilə qədər istifadəyə vermək məqsədi və 175 milyard dollar məbləğindəki xərclərlə bağlı planları qeyri-real görünür. Agetliyin hesablamalarına görə, 1,1 trilyon dollar məbləği Trampın açıqladığı xərcləri 500%-dən çox artırır.

Nəşr qeyd edir ki, hesablamalarda yalnız silah və müdafiə sistemlərinin qiymətləri nəzərə alınıb, amma əməliyyat xərcləri, tədqiqat işləri və personalın əmək haqqı daxil edilməyib. Bütün bunlar "Qızıl Günbəz"in yekun xərcini daha da artıracaq. "Bloomberg" həmçinin vurğulayır ki, hətta bu müdafiə sistemi istifadəyə verilsə belə, onun 100% effektivliyinin təmin olunacağına zəmanət yoxdur.

28 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp "Qızıl Günbəz" müdafiə sisteminin yaradılmasına dair fərman imzalayıb. Mətbuatın verdiyi məlumata görə, sistem, nüvə silahlarını məhv etmək üçün lazerlərlə təchiz edilmiş kosmosda yerləşən vasitələrin yerləşdirilməsini nəzərdə tutur. 20 may tarixində Tramp, ABŞ hakimiyyətinin "Qızıl Günbəz" müdafiə sisteminin arxitekturası ilə bağlı qərar verdiyini bildirib. Administrasiya bu layihəyə təxminən 175 milyard dollar ayırmağı təklif edir. ABŞ liderinin sözlərinə görə, yeni sistemin yaradılması üçün üç ildən az vaxt tələb olunacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri