Icma.az
close
up
RU
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb

Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb

Icma.az bildirir, Marja.az portalına istinadən.

27 oktyabr, 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin üzvləri “Anglo Asian Mining Plc”-nin prezidenti Reza Vəziri ilə görüş keçiriblər.

Birjanın  yaydığı məlumata görə, görüşün əsas mövzusu iki tərəf arasında əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycan kapital bazarının inkişafı olub.

Görüşdə BFB rəhbərliyi birjanın strateji vizyonunu və kapital bazarı infrastrukturunun inkişafı üzrə planları təqdim edib. Bundan əlavə, 2025-ci ilin oktyabr ayında BFB-nin Dünya Birjalar Federasiyasına (WFE) tam üzv qəbul olunması da müzakirə edilib. Bu, kapital bazarının şəffaflığının gücləndirilməsi və beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi baxımından əhəmiyyətli addım kimi vurğulanıb.

Görüş zamanı “Anglo Asian Mining”-in prezidenti və baş icraçı direktoru Reza Vəziri vurğulayıb: “Azərbaycanın ilk publik şirkəti olaraq Anglo Asian Mining bazarın inkişafını yaxından izləyir və BFB ilə əməkdaşlığa dəstək verməyə hazırdır. Bu, həm bazar iştirakçıları, həm də potensial investorlar üçün faydalı ola bilər”.

İnvestor etibarının artırılmasının vacibliyini vurğulayan Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov qeyd edib: “Bu müzakirələr BFB üçün strateji əhəmiyyət daşıyır. Kapital bazarının infrastrukturunun gücləndirilməsi və investor etibarının artırılması bizim əsas prioritetlərimizdir”. BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycan kapital bazarlarının infrastruktununun inkişafının önəmini vurğulayıb: “BFB olaraq şəffaflıq, əməliyyatların avtomatlaşdırılması və beynəlxalq standartlara uyğunluq istiqamətində islahatları davam etdiririk. WFE-yə tam üzvlük bu prosesin mühüm hissəsidir”. 

“Anglo Asian Mining” tərəfindən BFB-nin Azərbaycan kapital bazarının inkişafına verdiyi töhfə qiymətləndirilib və şirkət gələcəkdə birja ilə əməkdaşlıqda aktiv iştirak etməyə hazır olduğunu bildirilib. Tərəflər yaxın gələcəkdə əməkdaşlığın konkret mexanizmləri üzərində işləməyi və əlaqələndirilmiş fəaliyyət planı hazırlamağı qərara alıblar.

“Anglo Asian Mining Plc – London Fond Birjasında qeydiyyatdan keçmiş, Azərbaycanda qızıl, mis və gümüş kəşfiyyatı və istehsalı ilə məşğul olan Böyük Britaniya şirkətidir. Şirkət  20 ildən artıq müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir və Qərbi Azərbaycanda 2,544 kv. km əhatə edən səkkiz müqavilə sahəsində kəşfiyyat və istehsal aktivləri portfelinə malikdir. Şirkətin əsas fəaliyyət sahələrinə Gədəbəy istehsal kompleksi, Dəmirli mədən kompleksivə digər perspektivli layihələr daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://marja.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri