Qızıl kəskin bahalaşdı
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Qızılın qiyməti Yaxın Şərqdəki gərginlik və ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıqlar fonunda yeni rekord həddə yüksəlib.
Bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Məlumata görə, hazırda kotirovkalar bir unsiya üçün 3023.8 dollara çatır.
Bildirildiyinə görə, qiymətin yüksəlməsi Yaxın Şərqdə gərginliyin artması ilə müşayiət olunur ki, bu da qızılın etibarlı sığınacaq kimi cəlbediciliyini bir daha vurğulayır.
İnvestorlar, həmçinin ABŞ-nin məlumatlarını da qiymətləndirirlər ki, bu da ölkənin iqtisadi artımının yavaşlaması ilə bağlı narahatlıqları artırır.
Xatırladaq ki, martın 18-də İsrail Qəzzada HƏMAS-ın hədəflərinə hərbi zərbələr endirib.
Oxu.az
