Burkina Faso Rusiyanın dəstəyi ilə atom elektrik stansiyası tikəcək
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Rusiyanın “Davos”u kimi tanınan bu il 28-cisi keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) Burkina-Fasonun energetika və dağ-mədən naziri Yakuba Zabre Qouba və Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası Rosatomun baş direktoru Aleksey Lixaçev Burkina Fasoda atom elektrik stansiyasının tikintisinə dair hökumətlərarası saziş imzalayıblar.
Burkina Faso Energetika və Mədən Nazirliyindən verilən yazılı açıqlamada razılaşmanın atom elektrik stansiyasının tikintisi üçün əhəmiyyətli olduğu bildirilib.
Razılaşmadan sonra Rusiya tərəfdən, xüsusilə Rosatomdan texniki və maliyyə təklifinin gözlənildiyi və bu təklifin Burkina Faso tərəfindən qiymətləndiriləcəyi qeyd edilib. Bu prosesin sonunda zavodun tikintisinin texniki detalları və mümkünlüyü ilə bağlı danışıqlara başlanılacağı bildirilib.
Qeyd edək ki, Burkina Faso Prezidenti İbrahim Traore 29 iyul 2023-cü ildə verdiyi açıqlamada ölkəsinin Rusiya ilə mülki məqsədlər üçün atom elektrik stansiyası qurmaq istədiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 İyun 2025 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















