Qızıl külçələrini səhvən zibil qutusuna atdı
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qlobal bazarda qızılın qiyməti rekord səviyyədə olduğu bir vaxtda İtaliyada diqqətçəkən hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, minlərlə avro dəyərində olan qızıl külçələri təsadüfən zibil qutusuna atılıb, daha sonra tullantı müəssisəsində tapılaraq sahibinə qaytarılıb.
Hadisə ölkənin cənubundakı Leççe bölgəsində qeydə alınıb. Məlumata görə, 57 yaşlı italyan vətəndaş içərisində hər biri 50 qram çəkidə olan 20 ədəd qızıl külçəsi saxlanılan qabı səhvən məişət tullantıları ilə birlikdə zibilə atıb.
Kişinin illərdir qiymətli metallara sərmayə yatırdığı və təxminən 120 min avro dəyərində qızıl topladığı bildirilir. O, hadisədən bir gün sonra külçələri yanlışlıqla atdığını anlayaraq polisə müraciət edib.
Araşdırma nəticəsində tullantıların Ujento şəhərində yerləşən poliqona daşındığı müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış apararaq, qızıl külçələrinin olduğu qabı aşkar ediblər.
Ümumi çəkisi bir kiloqram olan 20 ədəd qızıl külçəsi sahibinə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Fevral 2026 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















