Icma.az
close
up
RU
Qızıl mağazalarında niyə qəbz verilmir? Külli miqdarda cərimə

Qızıl mağazalarında niyə qəbz verilmir? Külli miqdarda cərimə

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir çox qızıl mağazalarından zinət əşyası alarkən qəbz verilmir. Bununla bağlı satıcıya bildirdikdə isə ya verə bilmərik, ya da POS-terminal xarab olub deyirlər. Nə məsələdirsə, ilin 12 ayı eyni bəhanələrlə qarşılaşırıq. Ən pis tərəfi də odur ki, qızılın və ya brilyantın saxta olması hallarında bunu haradan və nə zaman aldığımız, eləcə də qiyməti barədə isbatlı hər hansısa bir sübutumuz olmur.

Bəs görəsən, bahalı zinət əşyası alarkən qəbzin təqdim olunmaması hansı məsuliyyətə səbəb olur? Alıcılar bu halda nə etməlidirlər?

İqtisadçı Rəşad Həsənov Lent.az-a açıqlamasında bildirib ki, qəbzin təqdim olunmaması qanundan yayınmaq deməkdir:

“Qızıl məmulatları, qiymətli daş-qaşlar, əlvan metallardan hazırlanan bütün zinət əşyalarının alışı və satışı prosesi rəsmiləşdirilməlidir. Qanunvericiliyə görə, pərakəndə satış mərhələsində bütün müəssisələrdə nəzarət-kassa aparatları, POS-terminallar quraşdırılmalıdır. Hər bir alqı-satqı məbləğindən asılı olmayaraq qəbz alıcıya təqdim olunmalıdır. "Nağdsız hesablaşmalar" haqqında qanuna əsasən, 15 min manatdan yuxarı bu kateqoriyaya aid bütün növ alqı-satqılar nağdsız qaydada aparılmalıdır. Bunun üçün də POS-terminal xidmətləri ilə təmin olunmalıdır. Amma təəssüf ki, bazarlarda ciddi şəkildə qeyri-formal dövriyyə var. Bu isə istehlakçılarının hüquqlarının pozulmasına qədər bir çox məsuliyyət yaradır. Bununla yanaşı həm vergidən yayınma halları, həm də sonradan yarana biləcək anlaşılmazlıqlar zamanı məhkəmə predmeti sayılan rəsmi hər hansısa bir sənədin olmaması istehlakçıların hüquqlarının pozulması və yaxudda qorunması imkanlarının məhdudlaşdırılmasına qədər ciddi fəsadlar doğurur”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Lent.az-a bildirildi ki, nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır:

“Bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see300

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see242

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see152

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see143

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see128

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri