Qızıl medal qazanan Azərbaycan cüdoçusu: Qürur hissi keçirirəm
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 30 iyun, AZƏRTAC
Çox xoşbəxtəm və qürur hissi keçirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarında qızıl medal qazanan Azərbaycan millisinin cüdoçusu Rəsul Əlizadə jurnalistlərə açıqlamasında deyib.
Əlli beş kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib: "Bütün rəqiblərimə qalib gələrək qızıl medala yiyələndim. Azərbaycan bayrağını dalğalandırmaq möhtəşəm duyğudur. Üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Qarşıda bizi böyük yarışlar gözləyir. Bundan da yaxşı nəticələrə ümid edirik".
Baxış sayı:57
Bu xəbər 30 İyun 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















