Icma.az
close
up
RU
Qızıl tələsi: Kimlər uduza bilər?

Qızıl tələsi: Kimlər uduza bilər?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qızıl və gümüş tarix boyu “təhlükəsiz liman” kimi qəbul olunsa da, onların dəyəri heç vaxt tam sabit olmayıb. Bu qiymətli metalların qiyməti qlobal iqtisadi vəziyyət, inflyasiya səviyyəsi, faiz dərəcələri və siyasi risklər kimi bir çox amillərin təsiri altında daim dəyişir. Xüsusilə qızıl, böhran və qeyri-müəyyənlik dövrlərində investorların diqqət mərkəzinə çevrilir və bu zaman onun qiyməti artmağa meylli olur.

Lakin “hazırda qızıl almaq qazandırırmı?” sualının cavabı birmənalı deyil. Bazarda qiymətlərin artıq yüksək olduğu dövrlərdə alış etmək qısa müddətdə itki riski yarada bilər. Digər tərəfdən, uzunmüddətli perspektivdə qızıl adətən dəyərini qoruyan aktiv kimi çıxış edir. 

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, ümumiyyətlə, investisiya risklə bağlıdır. Yəni, “pul qoyum və həmişə qazanım” kimi bir qayda yoxdur. Ola bilər ki, investisiya etdikdən sonra bir il qazanc əldə edirsiniz, növbəti il isə zərər edirsiniz. Hətta bəzən gözlədiyinizin əksinə olaraq, investisiya etdikdən dərhal sonra qiymətlər düşməyə başlayır. Bu baxımdan, investisiya vasitəsilə gəlir əldə etmək hər zaman müəyyən riskləri özündə daşıyır:

"Qızıl və gümüşə gəldikdə isə, ilin əvvəlindən etibarən xüsusilə qızılda bahalaşma müşahidə olunub. Lakin yanvar ayının sonu - fevralın əvvəllərində bəzi beynəlxalq iqtisadi xəbərlərin, o cümlədən ABŞ-də faiz dərəcələri ilə bağlı gözləntilərin dəyişməsi fonunda qızılın qiymətində kəskin eniş baş verdi".

Xalid Kərimli: Heç kim bu sahədə tam təminat verə bilməz

Ekspertin sözlərinə görə, daha sonra, fevralın sonlarında regionda hərbi gərginlik artdıqda bazarda gözlənti ondan ibarət idi ki, qızıla tələbat artacaq və qiymətlər yüksələcək. Amma əksinə, enerji qiymətlərinin artması və dolların möhkəmlənməsi qızılın qiymətinə aşağı yönlü təzyiq göstərdi. Yəni, ənənəvi olaraq riskli dövrlərdə bahalaşan qızıl bu dəfə fərqli dinamika nümayiş etdirdi:

"Bununla belə, 2026-cı il üçün qızılın qiymətləri yenə də yüksək proqnozlaşdırılır. Amma qeyd etmək vacibdir ki, heç kim bu sahədə tam təminat verə bilməz. Çünki qızılın qiyməti yalnız iqtisadi faktorlarla deyil, həm də siyasi və hərbi hadisələr, ABŞ-də faiz siyasəti, dolların məzənnəsi kimi çoxsaylı amillərlə müəyyən olunur. Bu səbəbdən bazar şəraiti çox sürətlə dəyişə bilər".

X. Kərimli qeyd edib ki, ona görə də investisiya edərkən portfelin diversifikasiyası vacibdir. Ənənəvi yanaşmaya görə, məsələn, 100 manatlıq investisiya portfelində vəsaitin təxminən 10 faizini qızıla yönəltmək daha balanslı strategiya hesab olunur.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri