Qızıl top mükafatçısı vəfat etdi FOTO
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi şotlandiyalı Denis Lou 85 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Mançester Yunayted”in mətbuat xidməti məlumat yayıb.
"Denis Lounun vəfat etdiyini ürək ağrısı ilə elan edirik. O, çox mübarizə apardı, lakin indi rahatdır. Biz insanların onu nə qədər dəstəklədiyini və sevdiyini bilirik", - deyə "Mançester Yunayted"in mətbuat xidməti Lou ailəsinin bəyanatından sitat gətirir.
Qeyd edək ki, 1964-cü ildə Lou, Fransanın "France Football" jurnalına görə ən yaxşı futbolçu üçün mükafat olan "Ballon d'Or"u (Qızıl top) qazanıb. Bu mükafat yalnız Avropa klublarında oynayan avropalı oyunçulara verilirdi.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Yanvar 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















