Qızıl top u qazanmış futbolçu ÇL də favoritini açıqladı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Çempionlar Liqasında gələn həftə yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
''Football-plus.az'' xəbər verir ki, yarımfinalda ''Barselona'' - ''İnter'' və ''Arsenal'' - PSJ duellərini izləyəcəyik. Son illərdə bu turnirdə hegemonluq edən və son çempion statusunda olan ''Real''ın 1/4 finalda mübarizəni dayandırmasının ardından titulun kimə qismət olacağı böyük maraqla gözlənilir. Bu arada ötənlərin məşhur futbolçusu Luiş Fiqo favoritini və ÇL-in qalibi ilə bağlı proqnozunu açıqlayıb. ''Barselona'', ''Real'', ''İnter'' və Portuqaliya yığmasının sabiq üzvü olan, eləcə də 2000-ci ildə ''Qızıl top''u qazanan Fiqo bunları deyib:
''Fikrimcə, bu mövsüm ÇL-i PSJ qazanacaq. Onlar həm fiziki, həm də psixoloji cəhətdən əla durumdadılar. Nəticələri də çox sabitdi. Hərçənd belə proqnozlarda diqqətli olmaq lazımdı. Çünki dəqiq bir söz demək çətindi. Amma mənim favoritim PSJ-di''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 23 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















