Qızıl top un sahibi Madrid yolunda: 60 milyon avro
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya nəhəngi "Real Madrid"də yenidən baş məşqçi postuna gətiriləcəyi gözlənilən Joze Mourinyu gələcək layihəsinin ilk böyük transferini müəyyənləşdirib.
Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini Madrid klubundakı ikinci dönəminin ilk önəmli imzası etmək istəyir.
Hazırda "Qızıl top" mükafatının sahibi olan ispaniyalı ulduzun İngiltərə klubundakı gələcəyi müqaviləsinin son ilinə qədəm qoyması səbəbindən getdikcə qeyri-müəyyən hal alır. Yaranmış bu statusu yaxından izləyən "Real Madrid" rəhbərliyi vəziyyəti tam nəzarətdə saxlayır.
Əgər təcrübəli yarımmüdafiəçi "Mançester Siti" ilə müqaviləsini yeniləməkdən imtina edərsə, təxminən 60 milyon avroluq bir təklifin bu keçid üçün kifayət edəcəyi bildirilir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 17 May 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















