Qızıl və gümüşün qiymətlərində kəskin ucuzlaşma baş verib
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Qlobal bazarlarda qızıl və gümüş qiymətləri çərşənbə axşamı kəskin enişlə diqqət çəkib.
Yeniavaz.com xəbər verir ki, hər iki qiymətli metal son ayların ən aşağı səviyyəsinə geriləyib.
Analitiklər bunu İran ətrafında davam edən geosiyasi qeyri-müəyyənlik, inflyasiya riskləri və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı gözləntilərlə əlaqələndirirlər.
Gümüşün qiyməti bir gün ərzində 4 faizdən çox ucuzlaşaraq unsiya başına 65,78 dollara düşüb. Qiymət qısa müddət ərzində 64,46 dollara qədər geriləyib. Qızıl isə gündəlik minimum olaraq 4259,90 dollara endikdən sonra təxminən 2 faiz ucuzlaşaraq unsiyası 4292 dollar səviyyəsində qərarlaşıb.
İyun ayı qiymətli metallar üçün xüsusilə çətin keçib. Ayın əvvəlindən bəri gümüş 13 faizdən çox dəyər itirib, qızıl isə təxminən 6 faiz ucuzlaşıb. Sonuncu dəfə qızıl və gümüş bu səviyyələrdə mart ayının sonunda ticarət olunub. Bundan əvvəl isə bazarda belə aşağı qiymətlər dekabr ayından bəri müşahidə edilib.
Ekspertlər xüsusilə gümüş bazarındakı enişə diqqət çəkirlər. Yanvarda rekord səviyyələrə yaxınlaşan gümüş hazırda həmin zirvədən, demək olar ki, yarıbayarı geriləyib. O dövrdə gümüşün qiyməti unsiya üçün 120 dollara yaxınlaşıb, qızıl isə 5600 dollar ətrafında ticarət olunub.
Analitiklərin fikrincə, bazarda satış təzyiqinin əsas səbəbləri İran ətrafında davam edən gərginlikdir. Bazar iştirakçılarının diqqəti indi ABŞ-də may ayı üzrə açıqlanacaq inflyasiya göstəricilərinə yönəlib. Analitiklər hesab edirlər ki, inflyasiya proqnozlardan yüksək olarsa, qızıl və gümüş qiymətlərində eniş daha da sürətlənə bilər.
Son həftələrdəki kəskin enişlərə baxmayaraq, qızıl və gümüş qiymətləri ötən ilin göstəricilərindən hələ də yüksəkdir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Dollar möhkəmlənir: Qızıl qiymətlərində şok ucuzlaşma
24 Mart 2025 12:26
Avtomobil qiymətlərində KƏSKİN UCUZLAŞMA SƏBƏB
23 İyul 2025 11:34
Qızıl və gümüşün qiyməti yenidən kəskin bahalaşdı
26 Yanvar 2026 09:18
Qızıl və gümüşün qiymətləri kəskin şəkildə aşağı düşüb
12 Fevral 2026 22:20
Rekorddan sonra qızıl şoku Kəskin ucuzlaşma dalğası başladı
06 Fevral 2026 10:18
Baxış sayı:116
Bu xəbər 10 İyun 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















