Qızıl yenidən bahalaşdı
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya əmtəə bazarlarında qızılın qiyməti 4600 dollara yaxınlaşıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dünya bazarlarında qiymətli və sənaye metalları üzrə qiymətlərdə artım müşahidə olunub.
Belə ki, Comex birjasında qızılın iyun fyuçerslərinin qiyməti 158,30 ABŞ dolları və ya 3,57% artaraq 4 592,40 dollar/unsiya olub. Spot bazarda isə qızılın qiyməti 83,17 dollar və ya 1,86% artaraq 4 558,68 dollar/unsiya təşkil edib.
Eyni zamanda, gümüşün may fyuçersləri (Comex) 3,97 dollar və ya 5,71% bahalaşaraq 73,54 dollar/unsiyaya yüksəlib. Misin may fyuçersləri isə 7,60 dollar və ya 1,39% artaraq 553,10 dollar səviyyəsinə çatıb.
Bundan başqa, spot bazarda platinin qiyməti 33,60 dollar və ya 1,74% artaraq 1 964,67 dollar/unsiya olub.
Analitiklər bildirirlər ki, qiymət artımı əsasən investorların riskli aktivlərdən çıxaraq daha etibarlı hesab olunan qiymətli metallara yönəlməsi, eləcə də qlobal geosiyasi gərginliyin davam etməsi ilə əlaqədardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 25 Mart 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















