Icma.az
close
up
RU
Qızılca: yoluxanların sayı 10 milyonu keçib, 107 min insan həyatını itirib

Qızılca: yoluxanların sayı 10 milyonu keçib, 107 min insan həyatını itirib

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


2023-cü ildə dünyada 10,3 milyon insan qızılca xəstəliyinə yoluxub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə ABŞ-nın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) birgə məlumatında qeyd olunub.
Reyting.az
birgə məlumata əsasən bildirir ki, 2022-ci ilə nisbətən 100-də 20 artım var.
Dünyada qızılca xəstəliyinin artmasının səbəbi peyvəndin qeyri-kafi olmasıdır. Peyvəndlə bağlı qlobal boşluqlara görə, 2023-cü ildə 57 ölkədə böyük və dağıdıcı qızılca epidemiyaları baş verib.
Amerika qitəsindən başqa bütün bölgələrin epidemiyadan təsirləndiyi, böyük və dağıdıcı epidemiyaların yarısının isə Afrikada qeydə alındığı bildirilir.
Qızılcanın dünyada ən yoluxucu xəstəliklərdən biri olduğunu deyən mütəxəssislərin sözlərinə görə, epidemiyaların qarşısını almaq üçün qızılca/məxmərək peyvəndinin ən azı 95 faizində iki doza vurulmalıdır. Bununla belə, 2023-cü ildə bütün dünyada uşaqların yalnız 83 faizi qızılca peyvəndinin ilk dozasını alıb. Bu, 2022-ci illə eyni səviyyədir, lakin pandemiyadan əvvəlki 86 faizdən aşağıdır. Ötən il bu uşaqların yalnız 74 faizi peyvəndin ikinci dozasını alıb. Peyvəndlə qarşısı alına bilən bu xəstəlikdən hələ də çoxlu uşaq ölür. Xüsusilə Afrika, Şərqi Aralıq dənizi və münaqişədən təsirlənən bölgələrdə qızılcaya qarşı iki doza peyvənd uşaqlara çatdırılmalıdır. Bunun üçün toxunulmazlıq kampaniyaları aparılmalıdır.
ÜST rəsmiləri qızılcanın 2030-cu ilə qədər epidemiya təhlükəsi kimi aradan qaldırılması məqsədinin “təhlükə altında” olduğu barədə xəbərdarlıq edib.
Ötən il 82 ölkə qızılca xəstəliyini aradan qaldıra bilib. Afrikadan başqa hər bölgədə xəstəliyi aradan qaldıran ən azı bir ölkə var. Səpki, qızdırma və qripə bənzər simptomları olan uşaqlarda ciddi fəsadlar yarada bilən qızılca virusunun 2023-cü ildə əksəriyyəti 5 yaşdan kiçik olan 107.500 nəfərin ölümünə səbəb olduğu təxmin edilir.
V. QULİYEV

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri