Qızılcaya görə Moskva Dövlət Universitetində dərslər dayandırıldı
Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lomonosov adına Moskva Dövlət Universitetinin Humanitar Korpusunun 3000-dən çox tələbəsi bir tələbənin qızılcaya yoluxduğu təsdiqləndikdən sonra distant təhsilə keçirilib.
“Medicina” xəbər verir ki, Universitetdən verilən məlumata görə, bir qızılca xəstəliyinin aşkarlanması ilə əlaqədar bir sıra antiepidemik tədbirlər həyata keçirilir.
Artıq xəstə ilə təmasda olan şəxslərin dairəsi müəyyən edilib və infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər görülüb.
Universitetdən bildirilib ki, ikiqat qızılca peyvəndi və ya xəstəlik tarixçəsi haqqında məlumatı olmayan tələbələr elektron təhsil texnologiyalarından istifadə etməklə distant təhsil alacaqlar. Rejim iyunun 2-dək davam edəcək.
Aygün Musayeva
Baxış sayı:94
Bu xəbər 20 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















