Icma.az
close
up
RU
Qızılı qəbul edən müəllim və valideynlər barədə dəhşətlər üzə çıxdı Günay Hüseynova

Qızılı qəbul edən müəllim və valideynlər barədə dəhşətlər üzə çıxdı Günay Hüseynova

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəlliminə valideynlər tərəfindən qızıl alınıb və təmtəraqlı tədbir təşkil edilib.

Yayılan videogörüntülərdən sonra müəllimə töhmət verilib. Təhsil üzrə ekspert Kamran Əsədov bunun hüquqi məsuliyyət doğurmadığını bildirib. Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa görə, müəllim şagirdlərin intellektual və mənəvi inkişafı üçün tədbirlər təşkil edə bilər. Heç bir qanun müəllimin məktəbdənkənar, könüllü görüş keçirməsini qadağan etmir.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, bu biabırçı vəziyyətdir.

G. Hüseynovanın sözlərinə görə, bu hadisə ilə bağlı xəbərlər yayılanda çoxsayda müəllim rəylərə tökülüşmüşdü. Müəllimlər rəylərdə qeyd edirdilər ki, “necə olur, dodağını şişirdən müğənnilərə pul veriləndə, milyonluq villalar alınanda səsiniz çıxmırdı”.

Bəxi müəllimlər var ki, belə məsələlərdə minnət edirlər. Elə bil valideynlər yalvarır ki, gəlin övladıma dərs keçin. Buna minnət etmək lazım deyil. Uşaqlara dərs əvəzi imam ehsanı vermirlər. Müəllimlər dərs tədris edir, onun qarşılığında da əməkhaqqı alır. Bütün sahələrdə belədir, hamı əziyyət çəkir. Əziyyət çəkilməyən sahə yoxdur. Bu tip müəllimlər danışdıqca, özləri batırlar. Elə qızılı qəbul edən müəllimə dəstək olan ekspertlər də həmin ağıldadır. Hər kəsin ürəyindən keçər, müəlliməyə hədiyyə almaq istəyə bilər. Amma bu məsələdə elə bil müəllim uşaqdır, camaatın qabağına düşüb gedir. Videoda isə təkzib edərək, bildirir ki, mənim xəbərim olmadı, evdən götütdülər. Bir soruşan yoxdurmu ki, “sən hara gedirsən?”, “kimin məclisinə gedirsən?”. Tutaq ki, ad günüdür, o biri valideynlər nə gəzir orada?

İlk növbədə günah valideynlərdədir. Müəllim çox şey deyə bilər. Sonradan görən, yaltaq, özünü göstərməyə çalışan valideynlər var ki, valideyn komitəsi olur və işi-gücü pul yığmaq olur. Valideynləri də məcbur edirlər. Bəlkə camaatın evində yeməyə çörəyi yoxdur. Hədiyyə vermək istəyirsən, çox göylə gedirsən, özün öz cibindən 300 manat ver, lap 1000 manat ver özün al. İnsanları buna məcbur etmə. Bizim vaxtımızda da vardı, sadəcə bu qədər qabarıq formada olmurdu.
Bu tip valideynlərin əksəriyyəti yoldaşı tərəfindən dəyər, hörmət görməyən İnsanlar hamam suyundan özünə dost tutmağa çalışırlar. Cahil, danışığını bilməyən, dəyər görməyən insanlar çalışırlar ki, hədiyyə ilə və s. kiminsə gözünə girsinlər. Həmin valideynlər də o insan tipinə aiddir. Övladının biliyinə bələd olan valideyn onsuz da rüşvət, hədiyyə kimi mənasız tədbirlərə qoşulmur. Belə olan halda, müəllim də bilir ki, uşağı bilikli olanın valideyni də savadlıdır. Qiymətini hədiyyə verdi deyə kəssə, həmin valideyn sabah gəlib haqqını tələb edər. Gədəbəy, Tovuz, Qazax bölgəsi onsuz da qızıla həvəsli insanlardır. Hətta orada yasa gedən adamlar da evdə qızıl qoymurlar, üst-üstə taxırlar. Ona görə də müəllimin etiraz etməməyi də normaldır. Çünki bu bölgələrin insanları qızılı dəhşət sevirlər.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 İyun 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri