Qızılın qiyməti ARTIB
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti dünənki azalmadan sonra artıb.
Bakıvaxtı.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,23% artaraq 3 414,9 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,59% artaraq 37,37 ABŞ dolları olub.

