Icma.az
close
up
RU
Qızılın qiyməti həftə ərzində 3 faizdən çox ucuzlaşıb

Qızılın qiyməti həftə ərzində 3 faizdən çox ucuzlaşıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

ABŞ və İran arasında sülh danışıqlarının dayanması, neftin bahalaşmasının inflyasiya və faiz dərəcələri ilə bağlı narahatlıqları artırması fonunda həftə ərzində birjalarda qızılın qiymətindəki azalma tendensiyası davam edib.

AZƏRTAC xəbər verir ki, ardıcıl 4 həftəlik artım dinamikasından sonra qızılın qiyməti həftənin əvvəlindən bəri 3 faiz dəyər itirib. Hazırda qızılın bir troya unsiyasının qiyməti 4600 dollar civarındadır.

Analitiklərin fikrincə, qızılın qiyməti hələ də üfüqi zolaqda qalır və hazırda hər şey Yaxın Şərqdə baş verən proseslərdən asılıdır. Hörmüz boğazının uzun müddət bağlı qalması riski neft qiymətlərini yüksək saxlayacaq və qızıla təzyiq göstərəcək. Neft qiymətlərinin yüksəlməsi nəqliyyat və istehsal xərclərini artırmaqla inflyasiyanı artıra bilər ki, bu da öz növbəsində faiz dərəcələrinin yüksəlmə ehtimalını artırır. Qızıl ümumiyyətlə inflyasiyaya qarşı bir hedcinq kimi qəbul edilsə də, daha yüksək faiz dərəcələri gəlir gətirən aktivləri daha cəlbedici edir və qızılın cəlbediciliyini azaldır.

Qeyd edək ki, qızılın qiyməti mart ayında 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis aylıq göstərici nümayiş etdirib. Yaxın Şərqdəki münaqişə başlayandan indiyədək qızılın qiyməti təxminən 8 faiz ucuzlaşıb, aprelin 13-dən bəri isə ən aşağı səviyyəyə düşüb.

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri