Icma.az
close
up
RU
Qızılın qiyməti yeni tarixi maksimuma çatıb

Qızılın qiyməti yeni tarixi maksimuma çatıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cümə günü səhər saatlarında qızılın qiyməti kəskin şəkildə artaraq yeni tarixi maksimuma yüksəlib.

Oxu.Az xəbər verir ki, bu barədə ticarət məlumatları və analitik şərhlərdən bəlli olur.

Bu artıma ABŞ administrasiyasının iri qızıl külçələrinin idxalına rüsum tətbiq etməsi ilə bağlı xəbərlər səbəb olub.

Bakı vaxtı ilə saat 08:39-da Nyu-Yorkun "Comex" birjasında 2025-ci ilin dekabr ayında tədarük ediləcək füçers müqaviləsinin qiyməti əvvəlki bağlanışla müqayisədə 35.9 dollar və ya 1.01% artaraq bir troya unsiyası üçün 3 489.6 dollar təşkil edib.

Gecə saatlarında göstərici daha da yüksələrək Bakı vaxtı ilə saat 02:00-da bir unsiya üçün 3 534.1 dollara çatıb və bu, qızılın tarixində yeni maksimum göstərici kimi qeydə alınıb. Məlumata görə, həmin vaxt qızılın qiyməti 2.62% artım göstərib.

Bakı vaxtı ilə 02:25-də isə qiymətli metalın dəyəri bir qədər geriləyərək bir unsiya üçün 3 492.10 dollar (artım +1.4%) olub.

Sentyabr ayı üçün gümüş füçersləri də bahalaşaraq 0.5% artımla bir unsiya üçün 38.485 dollara çatıb.

Avqustun 8-də ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti 1 kiloqram və 100 unsiya çəkisində olan iri qızıl külçələrinin idxalına rüsum tətbiq etdiyi barədə KİV-də xəbər yayıldı. Bu qərar, dünyanın ən böyük qızıl emalçısı olan İsveçrəyə ciddi təsir göstərə bilər. Belə ki, bu ölkə hər il ABŞ-yə 8-10 milyard dollar dəyərində qızıl ixrac edir.

Ekspertlər bildirirlər ki, yeni rüsumlar İsveçrə təmizləyiciləri üçün gəlir marjalarının azalması riskini artırır, eyni zamanda, logistika zəncirlərində dəyişikliklərə və qlobal qiymətli metallar bazarına təzyiqlərə səbəb ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri