Icma.az
close
up
RU
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” Paytaxt sakinindən Baş prokurora müraciət

“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” Paytaxt sakinindən Baş prokurora müraciət

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Nəsimi rayonu, M. Qasımov küçəsi, ev 2, mənzil 20 ünvanında yaşayan Alışova Mətanət Yahya qızı tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edir:

“Hörmətli Kamran Əliyev!

Mən, Alışova Mətanət Yahya qızı, övladını itirmiş bir ana kimi Sizə müraciət edirəm. Mənim qızım özünü öldürməyib, onu buna məcbur ediblər.

Diqqətinizə çatdırım ki, 2024-cü ildə qızım intihar dərəcəsinə çatdırılıb. Nəticə etibarilə onun ölümünə səbəb olan cinayət işinə dair Bakı şəhəri, Xətai rayon Prokurorluğunda səthi araşdırma aparılmış və cinayət işi iki müstəntiq tərəfindən ört-basdır edilmişdir. Odur ki, Xətai Rayon Prokurorluğunun qəbul etdiyi qərarlar qanunsuz olduğu üçün ləğv edilməlidir.

Cənab Baş prokuror!

Qızımın intihar etməsinə səbəb olan şəxslər hazırda azadlıqda gəzir, bu günə kimi həbs olunmayıblar. Əlimdə sübutlarım olduğu üçün, bunu tam əminliklə yazıram.

Dəfələrlə Sizə ərizə yazıb xahiş etmişəm ki, cinayət işi Xətai Rayon Prokurorluğundan alınıb, digər prokurorluğun istintaqına verilsin. Lakin əminəm ki, məktub Sizə çatdırılmayıb. Çünki Baş Prokurorluğun əməkdaşları şikayətləri veclərinə almır, sübutlara baxmırlar. Onlar gənc bir qızın ölümünü ört-basdır etmək istəyirlər.

Hörmətli Kamran Əliyev!

Xahiş edirəm, yalvarıram, müraciətimi cavabsız qoymayın. CM-125-ci maddəsi üzrə cinayət işi Xətai Rayon Prokurorluğundan alınıb, başqa prokurorluğa verilsin. Əlimdə olan sübutlara əsasən deyirəm ki, qızımı intihara sürükləyən var”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri