Qızından Nəzakət Teymurovaya ad günü təbriki Fotolar
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalq artisti Nəzakət Teymurova doğum günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
Axşam.az xəbər verir ki, xanəndə ömrünün daha bir ilini geridə qoyduğunu bildirərək, həyatına, sənətinə və bu günə qədər ona sevgi ilə dəstək olan hər kəsə görə Allaha şükür etdiyini yazıb. Teymurova izləyicilərinə təşəkkürünü bu sözlərlə ifadə edib:
“Mənə göstərdiyiniz sevgi, hörmət və xoş arzularınız ən qiymətli hədiyyəmdir. Hər birinizə ürəkdən təşəkkür edirəm. Qoy qarşıdakı illər də musiqi, sevgi və xeyir-dualarla dolu olsun”.
Qızı Nigar isə anası ilə fotolarını paylaşaraq “Ad günün mübarək, mənim günəşim. Sən mənim hər şeyimsən. Yaxşı ki, varımsan. Ən yaxın dostum, ən böyük dəstəkiçim, qürur mələyim. Bütün uğurlarımın səbəbi sənsən“ sözləri ilə onu təbrik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 04 İyul 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















