Qızının görüntülərini paylaşıb bunları yazdı Video
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əməkdar artist Naidə Orucova qızı Bilqeyisin doğum günü münasibətilə paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa qızına ünvanladığı təbrikdə ona olan sevgisini ifadə edib, xoşbəxtlik arzulayıb:
“Qızım, arzum budur ki, ömrünün hər sabahı ümidlə açılsın, hər axşamı şükürlə bitsin. Yoluna günəş doğsun, qəlbinə heç vaxt kədər kölgəsi düşməsin. Allah səni elə gözəl qorusun ki, göz yaşların sevincdən, duaların şükürdən olsun. Bəxtin üzün kimi gözəl, qəlbin kimi təmiz, ömrün isə çiçəkli bir bahar qədər uzun və gözəl olsun.
Nə qədər böyüsən də, mənim üçün həmişə sevgimlə qucaqlamaq istədiyim balaca qızım olaraq qalacaqsan. Sənin xoşbəxtliyin mənim ən gözəl duam, gülüşün isə ömrümün ən qiymətli hədiyyəsidir.
Yaxşı ki, mənim qızımsan, yaxşı ki, bu dünyada sənin anan olmaq mənə nəsib olub. Səni sözlərə sığmayacaq qədər çox sevirəm, mənim gözəl balam!”.
Qeyd edək ki, Bilqeyis Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailəlidir. Cütlüyün bir övladı var.
Baxış sayı:108
Bu xəbər 23 Oktyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















