Qızının ölümünə dözmədi, infarkt oldu FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gün Türkiyədə baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı 76-ya çatıb.
Milli.Az xəbər verir ki, Bolu Kartalkayada 12 mərtəbəli "Grand Kartal" hotelində baş verən yanğında ölənlər arasında Mardinli Dilara Ermanoğlu da var.
Qızının ölüm xəbərini alan Ferman Ermanoğlu Boluya gedərək autopsiyanın aparıldığı xəstəxananın qarşısında gözləyərkən qəfil ürək tutması keçirib. Onun vəziyyəti ağır olaraq qalır.
Dilara Ermanoğlunun meyiti autopsiya prosesindən sonra Mardinin Toruntepə kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, Boluda Kartalkaya bölgəsində baş verən otel yanğını ciddi fəsadlara səbəb olub. Yanğın nəticəsində həyatını itirənlərin sayı 76 nəfərə çatıb, 9 nəfər hadisə ilə bağlı saxlanılıb. Yaralananların sayı isə 51 nəfərdir. Yanğınla bağlı araşdırmalar davam edir, hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Ölkədə matəm elan olunub və bölgədə xüsusi tədbirlər görülməkdədir.
İslam
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 22 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















