Icma.az
close
up
RU
Qızlar təhsilsiz qalmasın!

Qızlar təhsilsiz qalmasın!

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu mövzuda keçirilən konfransda qızların təhsil hüququ geniş müzakirə edildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycanda vətəndaşların, o cümlədən qızların və qadınların əlçatan, keyfiyyətli təhsil almaları, müxtəlif peşə və ixtisaslara yiyələnmələri, öz bilik və bacarıqları ilə insan kapitalını zənginləşdirməsi üçün zəruri şəraitin yaradıldığını bildirib. Əlavə edib ki, ölkədə qızların təhsili, qadınların elmi araşdırmalarda və idarəetmədə iştirakı sürətlə dəyişən müasir dünyanın tələblərinə, yeni çağırışlara davamlı olaraq cavab verməkdədir.

Ali təhsil ocaqlarında təhsil alan, doktoranturada elmi tədqiqat işi ilə məşğul olan qadınların sayının artmaqda olduğunu diqqətə çatdıran E. Babayev peşə və ixtisas seçimi işinin təhsilalanların istək və maraqlarına uyğun aparılması istiqamətində ciddi işlər aparıldığını qeyd edib.

Komitə sədri Bahar Muradova təhsilin hər bir insanın fundamental hüququ olduğuna diqqət çəkib. Qızların təhsilini yalnız fərdi inkişaf, ailə maraqları kontekstində deyil, həm də cəmiyyətin tərəqqisi və iqtisadi güclənməsi baxımından vacib amil kimi gələcəyə qoyulmuş əhəmiyyətli bir sərmayə adlandırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən dövlət proqramları və məqsədyönlü islahatların, həyata keçirilən layihələrin insan kapitalının inkişafını təmin etməklə yanaşı qızların təhsil imkanlarının artmasına da geniş şərait yaratdığını vurğulayıb.

Ölkənin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayan Bahar Muradova, gənclərin, xüsusilə də yeniyetmə qızların təhsili, onların problemlərinin həllinə yönələn çoxsaylı layihələrin icra edildiyini bildirib.

Komitə sədri BDU ilə imzalanacaq əməkdaşlıq Memorandumunun təhsil sahəsində qarşıda duran vəzifələrlə bağlı səyləri birləşdirmək işinə, o cümlədən təhsilin müxtəlif sahələrində, mütəxəssis hazırlığında bərabər iştirakçılığa töhfə verəcəyini bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev qızların təhsilinin inkişafı və təhsilə əlçatanlığının təmin edilməsinin qadınların cəmiyyətdəki rolunun artırılması baxımından olduqca vacib olduğunu deyib. Qızların müxtəlif pillələrdə təhsili ilə bağlı statistik göstəriciləri diqqətə çatdıran nazir Azərbaycanda 20 il əvvəllə müqayisədə bu gün 3 dəfə çox gəncin təhsil aldığını, onların sırasında gənc qızların sayının artdığını vurğulayıb. O, hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqlarının məhdudlaşdırıldığını, bu təhdidlərin açıq şəkildə müzakirəsinə ehtiyac olduğunu əlavə edib.

Rəsmi çıxışlar dinlənildikdən sonra BDU ilə AQUPDK arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə memorandum imzalanıb. Sənədi qurum rəhbərləri Bahar Muradova və Elçin Babayev imzalayıb.

Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov fondun həyata keçirdiyi dəstək layihələri haqqında məlumat verib və nəticələri səsləndirib. İcra edilən layihələrin inkişafı istiqamətində gələcək planlardan danışıb, təqaüdçülərə və təhsilalanlara uğurlar arzu edib. Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva qızların təhsilinə qoyulan sərmayənin həm də cəmiyyətimizin gələcək inkişafına qoyulduğunu bildirib.

Elmi təhsilin ən yüksək səviyyəsi adlandıran BDU-nun kafedra müdiri Sacidə Əbdülvahabova, Dövlət Gömrük Akademiyasının tələbəsi Fidan Mehdiyeva, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva qızların təhsilini davam etdirərək elmə töhfə verməli olduğunu, bu sahədə qadınların sayının artdığını qeyd ediblər.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri