Qızlara söz atan məktəblini döydü, həbs olundu
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Sabirabadda yeniyetməni döyən kişi həbs olunub.
Lent.az xəbər verir ki, hadisə şəhərin M. Mirağaoğlu küçəsində qeydə alınıb.
İttiham aktına görə, 47 yaşlı Sahib Kələntərov (ad və soyad şərtidir) küçədə dayandıqları zaman 15 yaşlı Murad Əliyev (ad və soyad şərtidir) qarşıda gedən qızlara söz atıb. Bundan hirslənən Sahib əvvəlcə Murada sillə, daha sonra təpiklə qasıq nahiyəsinə zərbə vurub. Zərərçəkən ağrılarının şiddətindən xəstəxanaya aparılıb.
Bu əməlinə görə Sahib saxlanılıb və barəsində cinayət işi açılıb.
Sahib ifadəsində bildirib ki, hadisədən sonra zərərçəkənin evinə gedərək ondan üzr istəyib. Lakin zərərçəkən yeniyetmə isə təqsirləndirilən şəxsi bağışlamadığını və onunla barışmadığını deyərək Sahibin azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Məhkəmənin qərarı ilə Sahib Kələntərov 7 ay müddətinə həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 24 Fevral 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















