Qızları atalarını diridiri yandırdılar dəhşətli hekayənin TƏFƏRRÜATLARI
Icma.az, Lent az saytına istinadən bildirir.
Pakistanın Pəncab əyalətində iki yeniyetmə bacı atasını cinsi istismarda ittiham edərək diri-diri yandırıblar.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, faciə Lahordan təxminən 80 kilometr aralıda, Qucranvalanın Moqol Şouk şəhərində baş verib.
Polisin məlumatına görə, 48 yaşlı Ali Akbar üç dəfə evlənib və 10 övladı var. Birinci arvadı dünyasını dəyişib, digər iki arvadı və uşaqları kirayədə yaşayır. Akbar yatarkən 12 və 15 yaşlı qızları ona benzin tökərək yandırıblar. Ağır yanıq xəsarətləri alan şəxs daha sonra xəstəxanada dünyasını dəyişib.
Hər iki qız saxlanılıb. Dindirilmə zamanı onlar atalarının onları cinsi istismara məruz qoyduğunu bildiriblər. “Atamızı öldürmək qərarına gəldik, çünki o, bizi zorlayıb. Motosikletindən benzin götürüb üstünə töküb yandırdıq”, - onlar deyiblər.
Polis mərhumun iki arvadının da ifadələrini alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 07 Yanvar 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















