Icma.az
close
up
RU
Qızların təhsildə yüksəlişi cəmiyyətin gələcəyi üçün dəyişiklik olacaq Sədr

Qızların təhsildə yüksəlişi cəmiyyətin gələcəyi üçün dəyişiklik olacaq Sədr

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Son illərin təhsil statistikasına baxdıqda oğlan şagird və tələbələrin akademik göstəricilərində geriləmə açıq şəkildə müşahidə olunur. Bu tendensiya təkcə Azərbaycana xas deyil.  Bu, artıq qlobal miqyasda müşahidə olunan bir haldır. Qadınların və xüsusilə qız uşaqlarının təhsilinə verilən önəm cəmiyyətlərdə ciddi dəyişikliklərə gətirib çıxarır”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. 
O bildirib ki, rolların dəyişməsi, qadınların daha aktiv sosial və iqtisadi iştirakçılara çevrilməsi əmək bazarında da yeni reallıqlar formalaşdırır:
“Şəxsən mən hər zaman qızların təhsil almasının tərəfdarı olmuşam. Təhsilli qadın təkcə şəxsi inkişaf üçün deyil, həm də uğurlu və sağlam ailə modeli qurmaq üçün önəmlidir. Bu, qadının ailədə üstün rolu anlamında deyil, daha çox sağlam və şüurlu tərbiyə mühiti yaratması baxımından vacibdir. 
Dünyanın bir çox ölkəsində aparılan müşahidələr göstərir ki, qızlar təhsil mühitinə daha tez uyğunlaşırlar, daha intizamlı olurlar və uğur əldə etmək üçün daha ardıcıl çalışırlar. Oğlanlar isə, bəzi hallarda, hiperaktiv davranışlar və sosial yönümlü maraqlara görə təhsildə nisbətən geri qalırlar”.
İ.Orucov qeyd edib ki, bu da təhsil sistemində oğlanların daha az təmsil olunmasına səbəb olur:
“Eyni zamanda, artıq biz qızların yalnız ənənəvi ixtisas sahələrində deyil, mühəndislik, informasiya texnologiyaları və rəqəmsallaşma kimi sahələrdə də fəal iştirak etdiyini görürük. Bu da əmək bazarında gender balansının dəyişəcəyini göstərir. Bununla belə, oğlanların təhsildəki aktivliyinin artırılması üçün də konkret modellər düşünülməlidir. 
Məsələn, kişi müəllimlərin sayının artırılması, oğlanlar üçün maraqlı təhsil metodlarının tətbiqi və texniki sahələrə yönəlik dəstək proqramları bu tendensiyanı balanslaşdıra bilər. Qızların təhsildəki üstünlüyü həm müsbət bir inkişaf, həm də yeni çağırışlar doğurur. Bu istiqamətdə atılacaq düzgün addımlar sayəsində həm qadınların, həm də kişilərin cəmiyyətə bərabər töhfə verməsi təmin edilə bilər. Təhsil strategiyaları da bu reallıqlara uyğun şəkildə formalaşdırılmalıdır”.
Leyla Turan 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri