Qızmar istilərin qorxunc nəticəsi Yeni dövr başlayır… Yeni Sabah
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2024-cü il aparılan araşdırmalara görə tarixdə ən isti il kimi yadda qalıb.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumat Avropa Birliyinin “Kopernik” peyk izləmə sistemindən verilən açıqlamada yer alıb.
Kopernik tərəfindən edilən açıqlamaya görə, 2024-cü ilin 10 ayı üçün orta qlobal temperatur anomaliyasının 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yüksək olduğu qeyd edilib. Bu dövr üçün qeydə alınmış ən yüksək dəyərə uyğun gələn bu ölçü artıq 2024-cü ilin rekordların ən isti ili olacağını təsdiqləyib.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktor müavini Samantha Burgess bildirib ki, bu, qlobal temperatur rekordlarında yeni bir mərhələdir. O, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) diqqət çəkib və yeni məlumatların sürətləndirilməsinin vacibliyini qeyd edib.
Konfransın məqsədinə çatması üçün təsirli olan Kopernikin bəyanatında keçən ayın 2023-cü ilin oktyabrından sonra qlobal miqyasda ikinci ən isti ayın oktyabr olduğu da açıqlanıb.
Aytac Şahin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 07 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















