Qlobal bazarlar nəfəsini tutub: FED bu axşam faiz qərarını açıqlayacaq
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qlobal maliyyə bazarlarında bütün diqqətlər ABŞ Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi bankı) faiz qərarına yönəlib.
Marja xəbər verir ki, bazarda əsas gözlənti FED-in faiz dərəcəsini 25 baza bəndi artıracağı istiqamətindədir FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.

Fedin faizlərini 3,50%–3,75% diapazonundan 3.75% - 4.00% diapazonuna qaldıracağı gözlənilir.
FED-in faiz qərarı gözlənilərkən ABŞ dövlət istiqrazlarının gəlirliliyi yüksək neft qiymətlərinin yaratdığı inflyasiya narahatlığının təsiri altında yüksək səviyyələrdə qalır.
İnvestorların çərşənbə axşamı riskli aktivlərdən uzaqlaşması fond bazarlarında itkilərə səbəb olub. S&P 500 indeksinə daxil olan təxminən 350 şirkətin səhmləri ucuzlaşıb. İndeks günü 0,5% azalma ilə başa vurub.
ABŞ-ın etalon 10 illik dövlət istiqrazlarının gəlirliliyi 5,04%-ə yüksələrək təxminən 20 ilin ən yüksək səviyyəsinə çatıb.
ABŞ Xəzinədarlığının 13 milyard dollarlıq 20 illik istiqraz hərracına tələbin zəif olması da uzunmüddətli dövlət istiqrazları üzərində təzyiqi artırıb.
Brent markalı neft əvvəlki sessiyanı bir barel üçün təxminən 109 dollar səviyyəsində başa vuraraq inflyasiya ilə bağlı narahatlıqları gücləndirib.
Bu səhər Brent neftinin qiymətinin təxminən 0,7% azalaraq 108 dollar/barel ətrafına geriləməsi ilə enerji qiymətlərindəki yüksəliş müvəqqəti dayanıb.
Neft qiymətlərinin geriləməsinə son yüksəlişin həddindən artıq olması barədə bazarda yaranan fikir və ABŞ-da açıqlanan sektor hesabatının neft ehtiyatlarının artdığına işarə etməsi təsir göstərib.
ABŞ Senatında kriptovalyuta bazarının strukturunda əhəmiyyətli dəyişikliklər nəzərdə tutan qanun layihəsinin qarşısının alınmasından sonra Bitcoin də ucuzlaşıb.
ABŞ və Avropa fond indeksləri üzrə fyuçerslər bazarların cüzi yüksəlişlə açılacağını göstərir.
ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi Asiya sessiyasında 4,98%-ə geriləyib.
Asiya fond bazarlarında isə artım qeydə alınıb, istiqrazlarda da mülayim yüksəliş müşahidə olunub.
MSCI Asia Pacific indeksi 0,6% yüksələrək ardıcıl dörd günlük azalma seriyasına son qoyub.
Hazırda qlobal bazarların əsas diqqəti Fed-in faiz qərarı ilə yanaşı, gələcək pul siyasətinə dair verəcəyi siqnallara yönəlib.
FED-in iclası: Hansı qurum nə gözləyir?
Qlobal bazarlarda diqqətlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr iclasına yönəlib. Hazırda Fed-in faiz dərəcəsi 3,50–3,75% diapazonundadır. Marja.az-ın-in topladığı proqnozlara əsasən, maliyyə institutlarının sentyabr iclası ilə bağlı gözləntiləri belədir:
BNP Paribas: 3,75–4,00%
BofA: 3,75–4,00%
JPMorgan: 3,75–4,00%
S&P Global: 3,75–4,00%
Julius Baer: 3,50–3,75%
Barclays: 3,75–4,00%
Citi: 3,75–4,00%
Commerzbank: 3,50–3,75%
Danske Bank: 3,50–3,75%
Deutsche Bank: 3,75–4,00%
Fitch: 3,50–3,75%
Goldman Sachs: 3,75–4,00%
HSBC: 3,75–4,00%
ING: 3,75–4,00%
LBW: 3,75–4,00%
MUFG: 3,50–3,75%
Mizuho: 3,75–4,00%
Moody's: 3,75–4,00%
Morgan Stanley: 3,50–3,75%
Nomura: 3,75–4,00%
SocGen: 3,75–4,00%
StanChart: 3,50–3,75%
UBS: 3,75–4,00%
UniCredit: 3,50–3,75%
Wells Fargo: 3,75–4,00%
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Sentyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















