Qlobal bazarlarda neft ucuzlaşıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Qlobal əmtəə bazarlarında neft 1 dollara yaxın ucuzlaşıb.
“APA-Economics” xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) ABŞ-ın WTI markalı neftinin iyul fyuçerslərinin qiyməti 0,94% və ya 0,84 ABŞ dolları azalaraq bir barel üçün 88,06 ABŞ dollarına düşüb.
Londonun Qitələrarası Birjasında (ICE) isə Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,76% və ya 0,71 ABŞ dolları azalaraq 93,00 ABŞ dolları təşkil edib.
Analitiklərə görə, neft bazarında qiymətlərin azalmasına ABŞ və İran arasında gərginliyin yumşalacağı, eləcə də Hörmüz boğazında neft tədarükünün normallaşacağına dair gözləntilər təsir göstərib. Bu amillər bazarda təkliflə bağlı risklərin azalacağı ehtimalını gücləndirib.
Baxış sayı:109
Bu xəbər 29 May 2026 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















