Icma.az
close
up
RU
Qlobal dünyada güc nizamı üstələyir

Qlobal dünyada güc nizamı üstələyir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün dünyamız təbəddülatlar içindədir, iri nəhrlər kimi çalxalanır. Böyük dövlətlərin iddiaları azalmır, onların açıq və gizli dəstək verdikləri vəkalət müharibələri isə səngimir. Bu zaman kəndlər, şəhərlər viran qalır, günahsız insanlar – uşaqlar, qadın və qocalar həlak olurlar. Müharibə bölgələrindən qaçqın düşən ailələrin köçü, təəssüf ki, daha da gurlaşır.

Planetimizdə günbəgün artan zorakılıqların qarşısını alan, yaxud almaq istəyən qüvvə, hələ ki, tapılmır. Beynəlxalq institutlar iflic vəziyyətindədir, qanunlar isə işləmir. Hara gedir dünyamız?! Bu, artıq ritorik sual deyil, bəşər övladının sinəsindən qopan haraydır!

Bəli, yuxarıda söylədiyim acı həqiqətin, xaos və özbaşınalıqların sonu görünmür. Böyük güclər bir-birilərinə hələ də əzələ nümayiş etdirirlər. Təhdid leksikonu diplomatik etiketləri çoxdan iqnor edir. Kiçik dövlətlər təlaş içində özlərinə arxa, dayaq axtarmağa cəhd edirlər. Başqa çıxış yolları da yoxdur.

Görünən budur ki, Çinin timsalında təkqütblü dünyaya asi olan yeni güc ortaya çıxıb və “səmavi dövlət” köhnə qaydalara boyun əymək istəmir. Beləliklə, bipolyar (ikiqütblü) dünya nizamı uluslararası münasibətlərdə artıq reallığa çevrilib.

Lakin qlobal ikiqütblü nizamın səmərə verəcəyi də sual altındadır. Bu konstruksiya qlobal siyasətin arxitekturasının əsas konturlarını əks etdirmir. Dünyada başqa güc mərkəzləri də var ki, onlar milli maraqlarını heç kimə güzəştə getmək fikrində deyillər.

Belə bir gərgin şəraitdə türk xalqlarının Böyük Turan coğrafiyasında siyasi, hərbi, iqtisadi istiqamətində inteqrasiyası arzuolunandır. Dost Pakistanın da bu cərgədə yer alması gücümüzə güc qatır. Bütövlükdə, yeni qlobal nizam Rusiya-Ukrayna müharibəsindən nəticələrindən asılı olacaq. 3 il yarımdan çox davam edən bu ağır, üzücü savaşın isə nə vaxt bitəcəyi bəlli deyil.

Belə bir ağır, taleyüklü məqamda 7 türkdilli dövlət birləşib özlərini artan təhdidlərdən qorumaq zorundadır. Başqa çıxış yolu da yoxdur. Güc birlikdədir. Bəli, 16 il əvvəl Naxçıvanda bünövrəsi qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) çağdaş dünyanın çağırışlarına adekvat cavab verməyə hazır olmalıdır.

Ümid edək ki, hər şey yaxşı olacaq. Dünyanın müdrik, sağlam düşüncəli zəkaları bir araya gəlib Yer kürəsində müharibə və münaqişələrə son qoymağın yollarını tapa biləcəklər. Bu, nə qədər tez baş versə, bir o qədər daha yaxşıdır!

Şahbaz ŞAMIOĞLU,
Bakı Slavyan Universitetinin professoru, siyasi şərhçi

– Dünya ağrılı, təzadlı bir dönəmi, keçid dövrünü yaşayır. Obrazlı desək, işıqla şərin mübarizəsi davam edir. Azad və güvənli olmaq üçün hər bir ölkə, dövlət öz dost və tərəfdaşlarını müəyyən etməli, özünün mövcudluğunu qorumaq, əhalisinin müdafiəsini təşkil etmək üçün qətiyyətli və cəsarətli addımlar atmalıdır. Gecikmək, yanlışlığa yol vermək uduzmaq deməkdir.

Zaman bizi çoxqütblü dünyaya doğru aparır. Yeni güc mərkəzləri əsasən dil, etnik yaxınlıq, bir sıra hallarda isə dini mənsubluq amilləri üzərində formalaşır. Bir neçə il əvvəl ingilisdilli 5 ölkə (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya) AUKUS adlı ittifaq yaradıblar. İspan dilli xalqların, ərəblərin də analoji təşkilat quracaqları istisna olunmur.

TDT bu gün həm regionda, həm də qlobal səviyyədə real güc mərkəzidir. Azərbaycanın 5 il bundan əvvəlki tarixi zəfəri dünya siyasətində türk amilini çox gücləndirib. Türk xalqları birləşib güvənli, xoşbəxt həyat qurmağa hazırdırlar və buna tamamilə layiqdirlər.

Düşmənlər, əlbəttə, türkün güclü olmasını istəmirlər. Amma hazırda dünyadakı heç bir qüvvə türk birliyinin qarşısını almaq gücündə deyil. Xoşbəxtlikdən, türkçülüyün böyük mücahidləri İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Əhməd bəy Ağaoğlunun türklərinn taleyi ilə bağlı arzu və idealları reallığa çevrilir. Buna necə sevinməmək olar?!

Türk xalqları özləri ilə bərabər regiona və bütün dünyaya yeni nizamlama modeli təqdim edirlər. Onun məğzi budur ki, TDT dövlətləri bütün yaxın və uzaq qonşuları ilə dostluq və qardaşlıq şəraitində yaşamağa hazırdırlar. Bizim heç bir millətin torpağında gözümüz yoxdur, bir qarış torpağımıza da heç kəsə verən deyilik!

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri