Icma.az
close
up
RU
Qlobal fond bazarlarında eniş müşahidə olunub

Qlobal fond bazarlarında eniş müşahidə olunub

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 10-da həm ABŞ, həm də Avropa fond bazarlarında əsas indekslər enişlə bağlanıb.

"APA-Economics" xəbər verir ki, Amerika bazarlarında Dow Jones indeksi 0,52% azalaraq 46 358,42 bəndə, S&P 500 indeksi 0,28% azalaraq 6 735,11 bəndə, Nasdaq Composite indeksi 0,08% azalaraq 23 024,63 bəndə enib. NYSE Composite indeksi 0,82% azalma ilə 21 548,26 bənd, Kanada S&P/TSX Composite indeksi isə 0,76% azalma ilə 30 269,98 bənd səviyyəsində bağlanıb.

Avropa bazarlarında da demək olar ki, bütün əsas indekslər azalıb. Euro Stoxx 50 indeksi 0,43% azalaraq 5 625,56 bənd, Böyük Britaniyanın FTSE 100 indeksi 0,41% azalaraq 9 509,40 bənd, Fransanın CAC 40 indeksi 0,23% azalaraq 8 041,36 bənd, İspaniyanın IBEX 35 indeksi isə 0,60% azalaraq 15 584,80 bənd olub. Yalnız Almaniyanın DAX indeksi 0,06% artaraq 24 611,25 bəndə yüksəlib.

Avronun dollara qarşı məzənnəsi isə 0,08% artaraq 1,1573 USD səviyyəsində formalaşıb.

Analitiklər qeyd edirlər ki, ABŞ bazarlarında azalma əsasən texnologiya və sənaye sektorlarında satış təzyiqi, eləcə də Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini uzun müddət yüksək saxlaya biləcəyi ilə bağlı narahatlıqlarla izah olunur. Bundan başqa, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olub. Avropa indekslərinin azalmasına isə ABŞ bazarlarında qeyri-müəyyənlik, faiz dərəcələri ilə bağlı sərt mövqelər və enerji qiymətlərindəki dəyişkənlik təsir edib. Həmçinin Avrozonada iqtisadi artım tempinin zəifləməsi və inflyasiya göstəricilərinin hələ də hədəfdən yuxarı qalması investor əhval-ruhiyyəsini zəiflədib.

Avronun dollara qarşı məzənnəsi 0,08% artaraq 1,1573 USD səviyyəsində formalaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Oktyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri