Qlobal qızıl tələbi 10% artıb
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Ümumdünya Qızıl Şurasının hesablamalarına görə, 2025-ci ilin ikinci rübündə birjadankənar (OTC) əməliyyatlar istisna olmaqla qızıla qlobal tələbat 1,08 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün nəticəsini 10% üstələyir.
Banco.az xəbər verir ki, ardıcıl ikinci rübdür yüksək səviyyədə qalan investisiya fondlarına qızıl axını tələbin artmasında əsas rol oynayıb.
Buna isə öz növbəsində qlobal ticarət siyasətinin qeyri-müəyyənliyi, geosiyasi qeyri-sabitlik və qızılın qiymətinin artması şərait yaradıb. Tələbat artımında qızılın qiymətinin artması və qızılın “güvənli liman” olaraq hesab edilməsi də rol oynayıb.
Mərkəzi banklar alışlarının azaldılmasına baxmayaraq, qlobal tələbin əsas drayveri olaraq qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 31 İyul 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















