Icma.az
close
up
RU
“Qlobal Şərqin diqqəti getdikcə daha çox ölkəmizə yönəlməkdədir”

“Qlobal Şərqin diqqəti getdikcə daha çox ölkəmizə yönəlməkdədir”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində oynadığı önəmli rol qlobal Şərqin diqqətini getdikcə daha çox ölkəmizə cəlb edir. O cümlədən, biz bu gün cənub-şərqi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməkdə son dərəcə maraqlı olduqlarını müşahidə edirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov qeyd edib ki, bu baxımdan may ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana gözlənilən dövlət səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına yeni təkan verəcəyini deyə bilərik:

“Prezident İlham Əliyevin mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə də qeyd olunduğu kimi, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. 1983-cü ildə isə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Ulu Öndər Heydər Əliyev Vyetnamda səfərdə olub. Məhz bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Eləcə də Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələyə keçid üçün möhkəm zəmin yaratdı.”

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin öz müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.

“Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Prezident xüsusi olaraq vurğuladı ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri də təhsil sahəsidir.

Qeyd edə bilərik ki, təhsil Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın hələ sovetlər dönəmindən mövcud olduğu ənənəvi sahələrdən biridir. Əlbəttə ki, Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramları vyetnamlı tələbələrə də geniş perspektivlər vəd edir. Bu isə öz növbəsində Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları daha da genişləndirəcək”, - parlamentari vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see364

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see330

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see311

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see303

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see295

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see293

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see284

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see282

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see247

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see241

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see232

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see228

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see227

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see226

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see223

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see221

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see216

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see214

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see213

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri