Icma.az
close
up
RU
Qlobal siyasi məkanda DÖNÜŞ İLİ 2026 cı ildə dünyanı və Azərbaycanı nələr gözləyir?

Qlobal siyasi məkanda DÖNÜŞ İLİ 2026 cı ildə dünyanı və Azərbaycanı nələr gözləyir?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı il “At ili”dir. İnanclara görə il iri heyvan üzərində təhvil olanda yaxşı olur. Üstəlik “at muraddır” deyirlər. Ona görə də növbəti ilin daha qansız-qadasız və dinc keçəcəyinə daha çox inanırıq. Əslində 2025-ci ilin yekunları da buna əsas verir. 
Ekspertlər 2026-cı il dünya siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Qlobal güc balansları, supergüc qarşıdurmaları və beynəlxalq iqtisadi münasibətlər baxımından növbəti il çox maraqlı olacaq. Ekspertlər bu dövrü həm risklərlə, həm də yeni strateji imkanlar ili kimi xarakterizə edir.
Supergüc rəqabəti və ABŞ-ın yeni Təhlükəsizlik Strategiyası
İlin son günlərində ABŞ administrasiyası tərəfindən Milli Təhlükəsizlik Strategiyası açıqlandı. Yeni Strategiyada ABŞ-ın Avropaya və Rusiyaya münasibəti xeyli dəyişir. Belə ki, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası Avropanı Rusiyanın təhdidi qarşısında tək qoyur. Sənədin ümumi alt mətni Avropanın əslində Rusiyanın təsir dairəsində qaldığı təəssüratını yaradır. Ekspertlər hesab edir ki, növbəti ildə ABŞ strategiyası Qərb yarımkürəsini - Şimali, Mərkəzi və Cənubi Amerika ərazilərini öz maraq dairəsi kimi açıq şəkildə müəyyən edir. Venesuelaya qarşı addımlar, Qrenlandiya və Kanada ilə bağlı müzakirələr növvəti ilin prioritetləri sırasındadır. ABŞ-ın növbəti ildə NATO-ya sadiq qalacağı da sual altındadır.  
 

ABŞ-ın Çinə qarşı siyasətində də həssas olacağı görünür. Belə ki,  Vaşinqtonun Sakit okean üzərində nəzarəti Pekinə vermək niyyəti yoxdur. Eyni zamanda birbaşa hərbi qarşıdurmaya hazırlığı şübhəli görünür. ABŞ Sakit okeanda ticarət edə və fəaliyyət göstərə bildiyi müddətcə, Tayvan məsələsi gündəmə gəlməyəcək.


Ehtimallara görə ABŞ supergücünü saxlamaq üçün növəti ildə iqtisadi potensialını daha çox artırmağı düşünür. Bunun üçün də ən çox diqqəti Amerika qitəsinə ayıracaq.
Nəzərə alaq ki, ölkənin yaranmasının 250-ci ildönümü qeyd olunacaq və bu, həm daxili, həm də xarici siyasətdə ciddi siyasi müzakirələrə səbəb olacaq. ABŞ daxilində siyasi qütbləşmə səviyyəsinin yüksək qalması və 2026-cı ilin noyabrında keçiriləcək ara seçkilər ölkənin gələcək siyasi kursunu müəyyən edəcək. Bu seçkilər yalnız qanunverici orqanlar üçün deyil, həm də prezident administrasiyasının prioritetləri baxımından böyük rol oynayacaq.
Avropa müharibəyə, yoxsa inkişafa diqqət edəcəyini bilmir?
2026-cı il  Avropa dövlətləri üçün çox həssas bir dönəm olacaq. Çünki Ukrayna müharibəsindəki qeyri-müəyyənlik Avropanı çıxılmaz vəziyyətə salıb. Üstəlik Rusiyanın müharibə ritorikaları Avropanı gərginlikdə saxlayır. Ona görə də 2025-ci ildə olduğu kimi növbəti ildə də Avropa dövlətləri müdafiəyə daha çox pul xərcləyəcək. Nəticədə iqtisadiyyata investisiyalar azalacaq.
Bu da o deməkdir ki, Avropa iqtisadiyyatı növbəti ildə kiçiləcək və Avropa İttifaqının iqtisadi əhəmiyyəti azalacaq. 
İqtisadi sahədə gərginlik dünyanı bürüyəcək
ABŞ-Çin, ABŞ-Rusiya və digər supergüc qarşıdurmalarında 2026 həm iqtisadi, həm hərbi-diplomatik sahədə gərginliyin artdığı bir il ola bilər. Bu rəqabət ticarət, texnologiya və müdafiə strategiyalarında daha geniş şəkildə özünü göstərəcək. Rusiya üçün 2026-cı ildə həlledici ola bilər. 4 ildən artıq davam edən Ukrayna ilə müharibə Rusiyanın ehtiyatlarını tükəndirib. Ona görə də Rusiya “At ili”ndə Ukrayna ilə sülh axtarışında olacaq. Lakin həm ABŞ, həm də bəzi Avropa ölkələrinin sülh məsələsinə fərqli baxışları Rusiyanın istəklərinə kölgə salacaq. Ona görə də Rusiya daha bir il müharibə şəraitində yaşamalı olacaq.
ABŞ-Rusiya, ABŞ- Avropa İttifaqı qarşıdurmasından ən çox bəhrə görənsə yenə Çin olacaq. 2026-cı ildə Çin öz iqtisadi imkanlarını daha da artıracaq. Afrika ölkələri ilə yanaşı bəzi Avropa dövlətlərini də növbəti ildə öz təsiri altına salacaq.
Münaqişələr səngiyəcək
2026-cı ildə hərbi münaqişələr səngiyəcək. Yaxın Şərqdə nisbi sabitlik olacaq. İsrail və İran müharibə ritorikalarını davam etdirsə də, bu hərbi toqquşmalara qədər gedib çıxmayacaq. Ukrayna müharibəsində aprel ayına qədər müəyyən səngimə olacaq. Bu həm hava şəraiti ilə, həm də tərəflərin tükənən imkanları ilə bağlıdır. Aprel-may aylarında Qərbdən yenidən hərbi və maliyyə dəstəyi alan Ukrayna revanş etmək istəyəcək. Rusiya da təbii ki, bu revanşın qarşısını almağa və daha çox ərazilər ələ keçirməyə çalışacaq. 
 

Uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi 2026-cı ildə diplomatlar və beynəlxalq təşkilatlar tərəfindən əvvəlkindən daha çox diqqət mərkəzində olacaq. 


2026-cı il Azərbaycana nə vəd edir?
Növbəti il ölkəmiz üçün sabitlik və inkişaf ili olacaq. Ümumilikdə 2026-cı il üçün  proqnoz real iqtisadi artımın 2,5–3,3%, inflyasiyanın 3,5–4,5% olacağı yönündədir. Neft təchizatının artması fonunda, “Brent” markalı neftin qiymətinin illik olaraq mülayim səviyyədə, 60–70 $/barel aralığında qalması ehtimalı yüksəkdir.
Ermənistanla sülh sazişinin imzalanması növbəti ilin gözləntiləri arasındadır. Ehtimal ki, 2026-cı ilin ortalarında gözlənilən sülh sazişi imzalansın. Ancaq Zəngəzur dəhlizinin açılacağı bu tarixdən daha tez ola bilər.
Ümumilikdə 2026-cı il Beynəlxalq aləm üçün nisbətən sakit bir il olacaq. Qlobal və regional güclər arasında mübarizə ancaq diplomatik və iqtisadi sahədə olacaq.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri