Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Qlobal ticarətin qapısında nəzarət dəyişir

Qlobal ticarətin qapısında nəzarət dəyişir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Panama Ali Məhkəməsinin qərarı ilə Balboa və Kristobal limanlarının idarəçiliyi müvəqqəti olaraq Danimarkanın Maersk şirkətinə məxsus APM Terminal Panama-ya verilib. Bu qərar yaxın vaxtlarda keçirilməsi gözlənilən tenderlərə qədər qüvvədə olacaq. Söhbət Panama kanalının hər iki girişində yerləşən, qlobal ticarət üçün strateji əhəmiyyət daşıyan limanlardan gedir.

Baş verənlər təkcə iqtisadi məsələ deyil. Bu hadisə ABŞ və Çin arasında artan rəqabətin Latın Amerikasındakı yeni mərhələsi kimi qiymətləndirilir. Britaniyanın The Telegraph qəzeti yazır ki, məhz prezident Trampın təzyiqləri nəticəsində Çin şirkətləri bu limanlar üzərində mövqelərini itiriblər. Çin tərəfi isə vəziyyətdən narazıdır. Pekin Panamadakı maraqlarını qoruyacağını açıqlayıb. Narazılığın əsas səbəbi Honkonq mənşəli CK Hutchison konserninə məxsus Panama Ports Company (PPC) ilə bağlanmış müqavilənin ləğv edilməsidir. Panama Ali Məhkəməsi bu müqavilənin ölkənin Konstitusiyasına və dövlət maraqlarına zidd olduğunu bəyan edib.

Qeyd edək ki, Balboa və Kristobal limanları 1997-ci ildən etibarən PPC-nin nəzarətində idi. 2025-ci ilin əvvəlində CK Hutchison bu limanlar da daxil olmaqla 23 ölkədəki 43 obyektini ABŞ-ın böyük investisiya şirkəti BlackRock-un rəhbərlik etdiyi konsorsiuma satmaq istəyirdi. Bu razılaşma Trampın prezident kimi fəaliyyətə başlamasından qısa müddət sonra baş vermişdi.

Donald Tramp hələ 2024-cü il seçki kampaniyası zamanı Panama kanalını “Çinin təsirindən geri almaq” niyyətində olduğunu bildirmişdi. ABŞ üçün bu kanal xüsusi əhəmiyyət daşıyır, çünki ölkənin dəniz konteyner daşımalarının təxminən 40 faizi məhz buradan keçir. Kanal ABŞ tərəfindən tikilib və yalnız 2000-ci ildə Panamaya təhvil verilib. Bu da Trampın mövqeyini daxili auditoriya üçün daha əsaslandırılmış göstərir. Lakin CK Hutchison–BlackRock razılaşması Çinin diqqətindən yayınmadı. Pekin antimonopoliya araşdırmasına başlayaraq sövdələşməni faktiki olaraq dayandırdı. Bundan sonra CK Hutchison Çin dövlətinə məxsus COSCO şirkətini mümkün investor kimi nəzərdən keçirdiyini açıqladı.

Çin üçün CK Hutchison-un liman şəbəkəsi strateji əhəmiyyət daşıyır. Bu şəbəkə “Bir kəmər – bir yol” layihəsinin mühüm hissəsidir. Lakin Panama hökumətinin baş nəzarətçisi Anel Flores PPC ilə bağlanmış müqavilənin dövlətə 300 milyon dollardan çox ziyan vurduğunu bildirərək məsələni məhkəməyə çıxardı. Onun sözlərinə görə, 2021-ci ildə bitməli olan müqavilə tender keçirilmədən qanunsuz şəkildə 25 il uzadılıb. Məhkəmənin qərarından sonra CK Hutchison və BlackRock arasında razılaşma baş tutmadı. PPC-nin kompensasiya tələb etməsi və qərardan şikayət verməsi ehtimal olunur. Eyni zamanda, yeni tenderlərin keçirilməsi gündəmə gəlib ki, bu da ABŞ şirkətləri üçün yeni imkanlar yaradır. The Telegraph yazır ki, limanların ABŞ nəzarətinə keçməsi Tramp administrasiyasının Çinə qarşı sərt xəttinə uyğun gəlir.

Ümumilikdə Balboa və Kristobal limanları ətrafında baş verənlər ABŞ və Çin arasında Latın Amerikası uğrunda gedən mübarizəni bir daha gündəmə gətirir. Son illər Çin regionda təsirini artırmışdı. Ancaq Donald Trampın yenidən hakimiyyətə qayıdışı ilə Vaşinqton Latın Amerikasını əsas prioritetlərdən biri elan edib. ABŞ-ın Venesuelada mövqelərini gücləndirməsi və regionda Vaşinqtona yaxın hökumətlərin artması da Çinin imkanlarını daraldır. Bu şəraitdə Panama kanalı uğrunda mübarizədə üstünlük hələlik ABŞ tərəfinə keçir.

Səbuhi MƏMMƏDOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri