Icma.az
close
up
RU
Qlobal Yaşıl artım portalı istifadəyə verilib

Qlobal Yaşıl artım portalı istifadəyə verilib

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış və COP29-da təqdim olunan qlobal "Yaşıl artım portalı" ilkin variantda istifadəyə verilib.

Sitat.info xəbər verir ki,bu barədə Oxu.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qlobal enerji keçidi üçün lazım olan məlumatları əhatə edən portal ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək. İnteraktiv alətdə yeni sənaye sahələrinin, yeni bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşdırılması üçün mövcud imkanlar təqdim olunur.

Portal yaşıl dəyər zənciri - batareyalar, vacib minerallar, elektrik şəbəkəsi, elektrik nəqliyyat vasitələri, yaşıl hidrogen, istilik nasosları, hidroelektrik, nüvə, günəş və külək enerjisi məhsulları barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçün strateji perspektivləri əhatə edir. "Yaşıl artım portalı"na həmçinin, yaşıl dəyər zənciri məhsulları arasında əlaqənin əks olunduğu atlas əlavə olunub. Fundamental tədqiqatlara əsaslanan məlumatlar ölkələrə və investorlara karbonsuzlaşma üçün tələb olunan vasitələrin istehsalı üçün lazım olan imkanları müəyyən etməyə və ondan faydalanmağa yardım edəcək.

İstifadəçilər portal vasitəsilə ölkələrin hər bir dəyər zənciri üzrə mövqeyini və iqtisadi rəqabətlilik səviyyəsini müəyyənləşdirə biləcəklər. Bundan başqa, məhsulun gözlənilən və beynəlxalq ortalama qiyməti ilə müqayisədə ölkənin dəyər zənciri üzrə vəziyyəti təyin edilə bilər. Portalda texniki iqtisadi əsaslandırma aparmaqla və hər bir məhsulun cəlbediciliyini dəyərləndirməklə ölkənin yaşıl dəyər zəncirlərinə daxil olmaq imkanları təhlil olunur. İnteraktiv portalda yaşıl dəyər zənciri üzrə məhsullarla bağlı mövcud bazarların durumu, effektiv ixracatçılar və artım perspektivləri barədə də məlumatları əldə etmək mümkündür.

Yaşıl texnologiyalara artan tələbatın təmin olunması və bu prosesdə təchizatçı kimi çıxış etmək istəyən ölkələr və potensial investorlar portal vasitəsilə yaşıl dəyər zəncirinin onların istehsal imkanlarına nə qədər uyğun olduğunu təhlil edə biləcəklər.

Portal Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 2 milyon istifadəçini əhatə edən "İqtisadi Mürəkkəblik Atlası"nın (Atlas of Economic Complexity) əsasında hazırlanıb. 2025-ci ildə tam fəaliyyət göstərəcək "Yaşıl artım portalı"na beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər, müqayisəli məlumat bazaları və "yaşıl artım" üçün strategiyalar əlavə olunacaq. Portaldan istifadə ödənişsizdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Noyabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri