Icma.az
close
up
RU
QMİ dən Xankəndi açıqlaması: Qanunsuz tikililərin sökülməsi...

QMİ dən Xankəndi açıqlaması: Qanunsuz tikililərin sökülməsi...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ilə bağlı Eçmiədzin Kilsəsinin aprelin 23-dəki bəyanatı düşmənçiliyin və dezinformasiyanın bir təzahürüdür.

Axar.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunub ki, Azərbaycanın tarixi, dini və mədəni abidələrinin işğal zamanı onilliklər boyu dağıdılmasına və təhqir edilməsinə səssiz qalan Eçmiədzinin hazırda iki ölkə arasında normallaşma prosesi gedən bir həssas dövrdə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi məsələnin siyasiləşdirilməsinə atılan bir uğursuz cəhddir:

“Azərbaycan ərazilərinin işğalı zamanı Xankəndidə qanunsuz inşa edilmiş iki tikilinin sökülməsi heç bir halda dini və ya mədəni irsin məhv edilməsi kimi təhrif edilə bilməz. Belə ki, 2023-cü ildə Azərbaycan öz əraziləri üzərində dövlət suverenliyini tam bərpa etdikdən sonra işğalın simvolları olan bu qanunsuz tikililəri bütün bu müddət ərzində mövcud vəziyyətdə saxlamışdır. Bununla belə, son aylar ərzində öz doğma yurdlarına kütləvi şəkildə qayıdan keçmiş məcburi köçkünlər işğal dövründən əvvəl bu ərazilərdə mövcud olmayan bütün tikililərin sökülməsinə dair dəfələlərlə dövlət orqanlarına və yerli məhkəmələrə müraciət etmişlər.

Məlumdur ki, beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal edilmiş ərazidə razılıq olmadan inşa edilmiş tikililər təyinatından asılı olmayaraq qanunsuz hesab olunur və bir qayda olaraq işğalçı dövlətin hesabına sökülməlidir. Məhz bu səbəbdən Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların qətlə yetirildiyi və qovulduğu bu ərazilərdə sonradan qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsinə həm hüquqi, həm də mənəvi əsas vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan məscidlərin, kilsələrin və sinaqoqların yan-yana yerləşdiyi nadir ölkələrdən biridir ki, bu da xalqımızın dərin köklərə malik dini tolerantlıq mədəniyyətini və bütün dinlərə hörmətini nümayiş etdirir. Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib.

Bu gün də bu ənənəyə sadiq qalaraq Azərbaycan dövləti işğal dövründə dağıdılmış və təhqirə məruz qoyulmuş dini və mədəni abidələri öz hesabına bərpa edir. Bunların sırasında Şuşada yerləşən (erməni) Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Ümumilikdə, ölkə ərazisində müxtəlif konfessiyalara məxsus olan ibadət yerlərinin davamlı şəkildə qorunub saxlanılması, onların bərpa edilməsi və mühafizəsi hər zaman dövlətimizin və cəmiyyətimizin dini plüralizmə hörmətini bariz şəkildə nümayiş etdirib. Azərbaycanda əsrlər boyu mövcud olan bu reallığı Eçmiədzın tərəfindən belə bir həssas dövrdə təhrif etmək cəhdləri yalnız regionda davamlı sülhə yönəlmiş səyləri sarsıtmağa xidmət edir. Keçmişdən qalan siyasi təxribatlara əl atmaq təcrübəsinə və bölgədə qalıcı sülhün bərqərar olmasının qarşısının alınmasına yönəlmiş bu kimi cəhdlərə birdəfəlik son qoyulmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Aprel 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri