Icma.az
close
up
RU
QMİ ilə Mərkəzi Asiyanın dini qurumlarının əməkdaşlığı

QMİ ilə Mərkəzi Asiyanın dini qurumlarının əməkdaşlığı

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

 Azərbaycanın mühüm regional oyunçuya çevrilməsi bölgədə bir sıra strateji əməkdaşlıq formatlarını qaçılmaz edib.

Bu sırada ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələri siyasi müstəvinin əsas hadisələrindəndir. Xüsusən Türk Dövlətləri Təşkilatı regionda yaranan yeni çağırışlar üçün qiymətli platformadır.

Burada təkcə siyasi və iqtisadi əlqələr deyil, humanitar və mədəni bağları əhatə edən çoxmilyonlu böyük bir şəbəkə aiddir.

Orta Asiya coğrafiyası tarixən türk–islam mədəniyyətinin əsas dayaqlarından biri olub. Müstəqillik dövründə isə bu dövlətlər dünyəvi idarəçilik modelini qoruyaraq İslam dünyasında modern və sabit inkişaf nümunəsi kimi tanınıblar.

Qafqaz Müsəlmanları İdarəsinin Orta Asiya ölkələrinin dini qurumları ilə son illər intensivləşən əməkdaşlığı təkcə iki region arasında humanitar əlaqələrin genişlənməsi deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının inkişafına təsir edən ciddi faktordur. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla qurulan dini-humanitar dialoq türk dünyasının inteqrasiyasında yeni mərhələnin konturlarını formalaşdırır.

QMİ-nin region ölkələrinin dini rəhbərləri ilə müntəzəm təması, birgə tədbirlər, dini konfranslar və yüksək səviyyəli görüşlər Azərbaycan üçün yeni diplomatik müstəvi yaradır.

Bu əlaqələr sayəsində Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) və digər beynəlxalq platformalarda daha geniş siyasi dəstək bazası əldə edir. Qarabağ məsələsində Orta Asiya ölkələrinin ardıcıl mövqeyi bu əməkdaşlığın praktiki nəticələrindən biridir.

QMİ-nin Orta Asiya ilə əlaqələri təkcə dini səviyyədən ibarət deyil. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində humanitar-siyasi istiqamətdə inteqrasiyanı gücləndirir. Orta Asiya respublikaları üçün Azərbaycan həm Qafqazın əsas müsəlman dövləti, həm də Avrasiya dəhlizinin vacib aktorudur.

TDT-nin əsas məqsədlərindən biri türk dövlətləri arasında ortaq kimlik və mədəni birliyi gücləndirməkdir. Bu inteqrasiyanın yalnız siyasi və iqtisadi deyil, eyni zamanda dini-humanitar sütunu da olmalıdır.

QMİ-nin Orta Asiya dini idarələri ilə əməkdaşlığı türk dövlətləri arasında ortaq mənəvi dəyərlərin yenidən aktuallaşdırılmasına, türk-islam irsinin vahidləşdirilməsinə, mədəni-identik bağların güclənməsinə şərait yaradır. Belə humanitar birlik TDT-nin dayanıqlı inteqrasiya modelinin ən mühüm tərkib hissəsidir.

Dini təhlükəsizlik sahəsində ortaq platforma

Türk dünyası ölkələri oxşar təhlükələrlə -radikal dini cərəyanlar, xarici ideoloji təsirlər, ekstremizmə açıq platformalar və dini təhsilin xarici asılılığı ilə üzləşir.

QMİ-nin Orta Asiyanın dini qurumları ilə əməkdaşlığı  dini təhlükəsizlik üzrə ortaq mexanizmlər, anti-radikalizm proqramlarının hazırlanması, dini təhsildə ortaq standartların formalaşdırılması, dövlət-din münasibətləri üzrə təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır. Bu istiqamət TDT-nin regional təhlükəsizlik arxitekturasının güclənməsinə real töhfə verir.

Dini diplomatiya türk dövlətləri arasında siyasi həmrəyliyin formalaşmasında mühüm rol oynayır. Şeyxülislam Allahşükür Paşazadənin həm Qafqazda, həm Türkiyə və Orta Asiyada nüfuzlu dini lider kimi qəbul olunması bu prosesə əlavə dinamizm verir.

QMİ–Orta Asiya xətti nəticəsində TDT daxilində qərarların koordinasiyası asanlaşır, türk ölkələri arasında etimad artır, təşkilat daxilində vahid mövqelərin formalaşması sürətlənir. Bu, TDT-nin institusional inkişafına ciddi dəstəkdir.

 

Ortaq dini-humanitar layihələr üçün geniş imkanlar

Bu əməkdaşlıq türk dövlətlərinin vahid humanitar və dini irs üzərində ortaq layihələr həyata keçirməsinə şərait yaradır və mədəni inteqrasiyanı gücləndirir. Potensial layihələrə türk -islam İrsinin Ortaq Mərkəzi, Türk dünyası dini və mədəni turizm xəritəsi, ilahiyyat fakültələri arasında mübadilə proqramları, ortaq dini konfransların keçirilməsi daxil edilə bilər. Bu addımlar TDT-nin humanitar platformasını daha da institusional və dayanıqlı edir.

Azərbaycan həm coğrafi, həm siyasi, həm də dini-humanitar baxımdan türk dünyasının mərkəzi elementidir. QMİ-nin Orta Asiya ilə yaxın əlaqələri Bakının vasitəçilik imkanlarını genişləndirir. Bu, TDT üçün əlavə üstünlüklər yaradır. Bü üstünliklərə türk dövlətləri arasında anlaşma, İran, Pakistan və ərəb ölkələri ilə dialoqda vahid mövqelərin koordinasiyası, regiondakı dini-humanitar layihələrin mərkəzləşdirilməsi daxildir.

Dini-humanitar əməkdaşlıq türk dövlətlərinə beynəlxalq təşkilatlarda birgə mövqe sərgiləmək üçün güclü platforma yaradır. Bu, xüsusən islamofobiya ilə mübarizə, müsəlman ölkələri ilə əlaqələrin genişləndirilməsi, BMT və İƏT-də ortaq təşəbbüslər, regional münaqişələrdə vahid humanitar mövqenin formalaşdırılması üçün yaxşı platformadır. Bu həm də TDT-nin qlobal nüfuzunu artırır və türk dünyasını beynəlxalq siyasətdə daha görünən aktora çevirir.

QMİ-nin Mrkəzi Asiya dini qurumları ilə əməkdaşlığı Türk Dövlətləri Təşkilatı üçün strateji əhəmiyyət daşıyan çoxşaxəli imkanlar yaradır. Bu baxımdan TDT-nin Dini Liderlər Şurası əhəmiyyətlidir. Bu əməkdaşlıq təkcə dini sahədə deyil, TDT-nin humanitar əsaslarının güclənməsinə, təhlükəsizlik müstəvisində inteqrasiyanın artmasına, mənəvi birlik və həmrəyliyin möhkəmlənməsinə, qlobal arenada vahid və güclü çıxış imkanlarının genişlənməsinə töfhə verir.

Bu platforma QMİ tərəfindən Azərbaycanın dünyaya təqdim etdiyi tolerant İslam modelinin Orta Asiyada tanıdılmasına mühüm töhfə verir. Azərbaycanda dövlət-din münasibətlərinin balansı, müxtəlif dini icmalara göstərilən şərait, radikalizmin qarşısının alınmasındakı effektiv yanaşma Orta Asiya ölkələri tərəfindən yüksək qiymətləndirilir.

Belə imic isə Azərbaycanın İslam dünyası ilə siyasi və humanitar dialoqunda əlavə üstünlük yaradır. Azərbaycan uzun illər ərəb ölkələri, Türkiyə və İranla dini-humanitar sahədə mühüm əməkdaşlıq qurub. QMİ-nin Orta Asiya ilə inteqrasiyası bu əməkdaşlığı daha geniş məkanla əlaqələndirir. Regionun həm siyasi, həm də dini rəhbərlikləri ilə stabil münasibətlər Azərbaycanın İslam aləmində vasitəçi rolunu gücləndirir.

Aydın ABBASOV

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Dekabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri