Icma.az
close
up
RU
QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib FOTOLAR

QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib FOTOLAR

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Belçika Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirakı davam edib. SİA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. Bildirilib ki, Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), ICESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbir iştirakçılarının şərəfinə Belçika Kralının adından iftar süfrəsi təşkil edilib. Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin Apostol prefekti Yepiskop Vladimir Fekete və Alban-Udi icmasının başçısı Robert Mobili, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iftar süfrəsində iştirak ediblər.

Çıxış edən QMİ sədri Şeyxülislam A. Paşazadə İslam dünyası üçün müqəddəs aylardan olan Ramazanın İftar süfrəsində iştirak edənlərə Azərbaycan Prezidenti İlham Əliyevin salam-dualarını və Azərbaycan xalqının ən xoş arzularını çatdırmaqdan böyük şərəf duyduğunu bildirib: “Mübarək Ramazanın qardaşlıq süfrəsi ətrafında bir araya gəlməyimiz Uca Allahın lütfü, Ulu Yaradana xoş gedən əməldir. Heç şübhəsiz ki, Əlahəzrət Kral Filippin alidəyər təşəbbüsü ilə dünya müsəlmanları üçün özəl əhəmiyyət kəsb edən Ramazan süfrəsinin Brüsseldə təşkili yüksək mədəniyyətin əyani təzahürü olan alicənab addımdır və dünyada mədəniyyətlər və sivilizasiyalar arasında əlaqələrin möhkəmlənməsinə dəyərli və layiqli əməli töhfədir. Bu, bütün dünya liderləri, Avropa siyasi rəhbərləri üçün örnək addım olaraq təqdir olunmalıdır. 2025-ci ilin Belçikada və Avropada “İslam Dünyası İli”nin elan olunması tarixi önəm kəsb edən mühüm hadisədir. Bununla əlaqədar Kral həzrətlərinə və Belçika xalqına İslam dünyası adından dərin təşəkkürlərimi ifadə etmək istərdim”.

Şeyxülislam A.Paşazadə əlavə edib ki, Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində belə bir mötəbər tədbir sivilizasiyalararası dialoq prosesinə mühüm siyasi dəstəkdir: “Avropanın siyasi paytaxtı Brüsseldə bu gün müsəlmanlar üçün əziz və müqəddəs sayılan iftar mərasiminin təşkili Avropa üçün başucalığı sayılacaq tarixi hadisədir. Bu, xristian-islam qarşıdurması yaratmaq istəyən, nifrət çağırışları yayan islamofob qüvvələrə layiqli cavabdır”.

Şeyxülislam A. Paşazadə öz çıxışında Azərbaycanın multikultural həyat modelinin əhəmiyyətini vurğulayıb: “İslam dünyasının ayrılmaz parçası olan, ənənəvi milli və dini dəyərləri ilə yanaşı ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən Azərbaycan Avropa ilə əlaqələrinə, Avropa Birliyi ilə münasibətlərinə böyük önəm verir. Vətənim Azərbaycanın malik olduğu dəyərli tolerantlıq, birgəyaşayış təcrübəsinin, multikultural irsinin ümumbəşəri mənafelər naminə Brüsseldə təqdimatını böyük əhəmiyyət kəsb edən məqam kimi dəyərləndirir və qürur duyuruq ki, Avropada “İslam İli” çərçivəsində ilk mötəbər foruma məhz Azərbaycan təmsilçilərini dəvət etmisiniz. Bu, Azərbaycan dövlətinə, onun multikultural irsinə, birgəyaşayış təcrübəsinə verilən böyük dəyərdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi məhz bu məramlara - dünyada insan həmrəyliyinə xidmət edir. Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə Brüsselə də hər zaman olduğu kimi, birgə təşrif buyurmuşuq. Etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Ölkəmizdə müxtəlif din ardıcılları dinc yanaşı yaşayıb inkişaf edir, ibadətlərini sərbəst həyata keçirirlər. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətin diqqət və qayğısı ilə əhatə olunublar”.

Azərbaycanın işğal əsarətindən qurtardığı torpaqlarda gedən genişmiqyaslı quruculuq işləri barədə danışan Şeyxülislam A. Paşazadə bütün dinlərə məxsus məbədlərin dövlətimiz tərəfindən bərpa edildiyini diqqətə çatdıraraq əlavə edib ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda geniş quruculuq işləri aparan Azərbaycan dövləti məhv edilmiş şəhər və kəndlərimizlə yanaşı vandalizmə məruz qalmış bütün dinlərə aid məbədləri böyük qayğı ilə bərpa edir, yenidən inşa edir. Şeyxülislam iştirakçıları işğaldan azad olunmuş ərazilərimizlə əyani tanış olmağa dəvət edib.

Sonda Şeyxülislam A. Paşazadə Belçika Kralı Filipp həzrətlərinə Avropada və bütün dünyada insan qardaşlığına, bəşəri həmrəyliyə xidmət edən səylərə ali himayəsinə, iftar tədbirinə görə dərin minnətdarlığını ifadə edib, Azərbaycan dindarları, İslam dünyası adından təşəkkür edib. Ümidvar olduğunu bildirib ki, bu kimi təşəbbüslər davamlı olacaq və beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Mart 2025 01:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri