Icma.az
close
up
RU
QMİ və dini icmalar ABŞ ın hesabatını pisləyib

QMİ və dini icmalar ABŞ ın hesabatını pisləyib

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Qafqaz Müsəlmanları İdarəsi ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı hesabatda istinadlara dair bəzi məqamlara münasibət bildirib.

Bu barədə QMİ-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasında yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair hesabatda əsassız iddialarla bağlı ciddi narahatlıqlarını və dərin təəssüflərini ifadə edirlər:

“Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik.

Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır”.

Qeyd edilib ki, bu, BDAK-ın hesabatında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün tarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpa səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur: “Sözügedən bərpa layihələri bütün mədəni və dini irsin xüsusiyyətlərinin mühafizəsinə diqqət yetirilməklə təcrübəli mütəxəssis və memarların iştirakı ilə həyata keçirilir”.

“BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq ölkəmizdəki vəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasını yenidən nəzərdən keçirəcəyini, ölkəmizin tolerantlığa verdiyi töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi istiqamətində səylərini təqdir edəcəyini gözləyirik.

Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada “Xüsusi İzləmə Siyahısı”na daxil edilməklə Azərbaycana münasibətdə sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcəkdir”, – QMİ-dən bildirilib.

ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK)

“2026-cı il İllik Hesabatı”nda 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı istinadlara dair

Uca Yaradanın adı ilə!

Biz, Azərbaycan Respublikasında yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddialarla bağlı ciddi narahatlığımızı və dərin təəssüfümüzü ifadə edirik. Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik.

Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır.

 BDAK-ın bu yanaşması, Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsi və ötən ilin 8 avqustunda Vaşinqtonda onun tarixi rolu ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi fonunda xüsusilə məyusedicidir. 

Bu, həmçinin Azərbaycanın regional və beynəlxalq səviyyədə sülh və sabitliyin təşviqində rolunun tanınmasının nümayişi və qlobal miqyasda dinlərarası dialoqun təşviqinə sadiqliyinin sübutu olaraq, ölkəmizin ABŞ Prezidentinin rəhbərliyi altında yaradılmış Sülh Şurasına dəvət olunduğu və sonradan təsisçi üzv dövlət kimi həmin Şuraya qoşulduğu bir dövrdə narahatlıq doğurur.

Azərbaycan özünün əsrlərə dayanan müxtəliflik və multikulturalizm ənənəsi ilə fərqli mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın təşviqinə hər zaman sadiqdir. Azərbaycan Konstitusiyası ayrı-seçkiliyi açıq şəkildə qadağan edir və dinindən və etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Bu hüquqi təminatlardan əlavə, Azərbaycan bütün vətəndaşlara dini, etnik və mədəni mənsubiyyətlərini qorumaq və daha da inkişaf etdirmək üçün şərait yaradır. Bu, din və ya etiqaddan sui-istifadə şəraitində təhlükəsizlik riskləri və çağırışların artması fonunda baş verir. Ölkə Prezidenti və müvafiq milli qurumlar dini icma nümayəndələrinin ehtiyac və qayğılarını prioritetləşdirərək, onlarla mütəmadi qaydada görüşürlər.

Azərbaycan, dərin köklü dini tolerantlıq mədəniyyətinin təzahürü kimi, habelə dindaxili və dinlərarası harmoniyaya sadiqliyin nümunəvi məkanı olaraq, məscidlərin, kilsələrin və sinaqoqların yan-yana fəaliyyət göstərdiyi ölkələrdən biridir. İcmalarımız gündəlik həyatlarında belə bir firavan mühitdə yaşayır, hökumət və ya cəmiyyətin hər hansı müdaxiləsi olmadan dini etiqadlarını yerinə yetirirlər.

Dini məkanların və ibadət yerlərinin inşası, mühafizəsi və bərpasına xüsusi diqqət yetirilir. Bu fəaliyyətlər yalnız məscidləri əhatə etmir, Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin yenidən qurulması və mühafizəsi, Müqəddəs II İoann Pavelin şərəfinə ikinci katolik kilsəsinin davam edən inşası,  Kafedral Pravoslav Kilsəsinin bərpası, Zərdüştlük məbədinin yenidən qurulması və Kiş məbədinin bərpası qismində digər dinlərin ibadət məkanlarını da əhatə edir. Regionun ən böyük sinaqoqunun Azərbaycanda olması bir faktdır. Cəmiyyətimizin dini plüralizmə və inklüzivliyə hörmətinin təzahürü kimi İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ilk toplantı evi 2025-ci ildə Azərbaycanda açılıb. Təəssüf ki, Azərbaycan hökumətinin bu səyləri hesabatda əks olunmayıb. 

Bu baxımdan, BDAK-ın hesabatında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün tarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpa səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur. Sözügedən bərpa layihələri bütün mədəni və dini irsin xüsusiyyətlərinin mühafizəsinə diqqət yetirilməklə təcrübəli mütəxəssis və memarların iştirakı ilə həyata keçirilir.

Azərbaycanın ölkə daxilində dinlərarası dialoqu təşviq etmək xüsusunda bənzərsiz yanaşması həmçinin əhəmiyyətli qlobal təşəbbüslərlə davamlı şəkildə təşviq olunub və beynəlxalq ictimaiyyətin geniş rəğbətini qazanıb. 

Azərbaycanın uzun dövrə dayanan dini plüralizm və tolerantlıq ənənəsi tanınmış beynəlxalq dini liderlər tərəfindən mütəmadi şəkildə alqışlanıb. Onların arasında Papa II İoann Pavel və Papa Fransisk və digər nümayəndələr yer alır. Papa Fransisk Azərbaycanı zorakı ekstremizmlə bölünmüş dünya üçün çoxkonfessiyalı model kimi təqdir edib. Onun 2016-cı ildə Bakıya səfərinin məhz Azərbaycanda Multikulturalizm ilində baş tutması Papanın ölkəmizdəki tolerantlığa və inklüzivliyə verdiyi yüksək qiymətin daha bir göstəricisidir. O, müxtəlif etiqadların sülh şəraitində yanaşı yaşadığı məkan kimi Azərbaycanın əhəmiyyətini vurğulayaraq ölkəmizi dünya üçün nümunə adlandırıb.

Bundan əlavə, Əl-Əzhər Əl-Şərifin Böyük İmamı və Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib dəfələrlə Azərbaycanı dinlərarası harmoniya və İslam-daxili birlik nümunəsi kimi alqışlayıb.

Azərbaycanın dini yerlərin mühafizəsi və bərpası səyləri sərhədlərini aşır. Heydər Əliyev Fondunun Vatikan şəhərinin mədəni və xristian irsinin, o cümlədən Divarların Xaricində Müqəddəs Pavel Papa Bazilikasının fasadlarının bərpasında dəstəyi və iştirakı Müqəddəs Taxt-Tac tərəfindən minnətdarlıqla qarşılanıb.

Azərbaycan 2008-ci ildə Bakı Prosesi çərçivəsində yaradılmış, dayanıqlı sülh və inkişafın əsasları kimi dialoq və sosial inklüzivliyi təşviq edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı və ev sahibidir. Bu Forum BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma kimi dəfələrlə təqdir olunub və bu, BMT Baş Assambleyasının bir sıra qətnamələrində davamlı olaraq öz təsdiqini tapıb. 

Azərbaycan 2024-cü ildə Bakıda keçirilmiş COP29 (BMT-nin İqlim Dəyişmələri Konfransı) çərçivəsində 55 ölkədən və 30 beynəlxalq təşkilatdan 300 dini lider və nümayəndənin iştirakı ilə Dini Liderlərin Qlobal Sammitinə ev sahibliyi etməklə multikulturalizmin lideri rolunu bir daha təsbit edib.

Yuxarıda göstərilən bütün misallar diqqətə alındıqda, BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq ölkəmizdəki vəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasını yenidən nəzərdən keçirəcəyini, ölkəmizin tolerantlığa verdiyi töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi istiqamətində səylərini təqdir edəcəyini gözləyirik.

Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada “Xüsusi İzləmə Siyahısı”na daxil edilməklə Azərbaycana münasibətdə sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcəkdir.

Uca Yaradan yardımçınız olsun!

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin və

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının sədri

Şura üzvləri:

Milix Yevdayev

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

Aleksiy

Rus Pravoslav Kilsəsinin

Bakı və Azərbaycan Yeparxiyasının Yepiskopu

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti

Aleksandr Şarovski

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri

Robert Mobili

Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri

Zamir İSAYEV

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri

Bakı şəhəri, 8 aprel 2026-cı il

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 Aprel 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri