Qobi səhrasında dinozavr dövrünə aid naməlum heyvan tapılıb
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
...Qobi səhrasında elm adamları təxminən 90 milyon il əvvəl yaşamış və əvvəllər məlum olmayan məməli heyvan növünün qalıqlarını aşkar ediblər.
SİA-nın məlumatına görə, tapıntının təsviri Acta Palaeontologica Polonica jurnalında dərc olunub. ...Monqolustanda Beynşir formasiyasında alt çənə parçası tapılıb.
Təhlillər onun Zhelestidae ailəsindən Ravjaa ishiii adlı naməlum növə aid olduğunu göstərib.
Bu ailənin üzvləri Orta Asiya, Avropa və Şimali Amerikadakı tapıntılardan məlum olsalar da, Ravjaa ishiii Monqolustanda Zhelestidae cinsinin ilk qeydə alınmış tapıntısıdır və əvvəllər təsvir olunmamış növü təmsil edir.
Diş quruluşunun xarakterik xüsusiyyətləri, o cümlədən molarların yüksək tacları qədim heyvanın meyvə və toxumlarla qidalana biləcəyini göstərir.
Bu, gec təbaşir dövründə evterianlar tərəfindən çiçəkli bitki ehtiyatlarının erkən istismarını göstərir.
Mütəxəssislər hesab edirlər ki, kəşf Beynşir formasiyasında əvvəllər düşünüldüyündən daha çox məməli biomüxtəlifliyinin olduğunu göstərir.
Davamlı tədqiqatlar təbaşir dövründə məməlilərin inkişafı və Mərkəzi Asiyanın qədim ekosistemləri haqqında yeni məlumatlar verə bilər.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 30 Aprel 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















