“Qobu Park” yaşayış kompleksində şərti yanğın təlimi keçirilib VİDEO
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Qobu Park” yaşayış kompleksində təlim keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin bəzi sahələrdə nizamsız park edilməsi və süni maneələr səbəbindən yanğın avtomobillərinin yaşayış kompleksinin həyətinin bir hissəsində sərbəst şəkildə hərəkətinin məhdudlaşdırıldığı müəyyən olunub. Bundan əlavə, daxili yanğın kranlarının tam komplekləşdirilmədiyi, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, yanğınxəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı və işlək vəziyyətdə olmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Aprel 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















