Icma.az
close
up
RU
Qobustan qəsəbəsində müstəqillik günü qeyd edilib

Qobustan qəsəbəsində müstəqillik günü qeyd edilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

2025-ci il mayın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ rayonunun Qobustan qəsəbəsindəki 195 saylı məktəbin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Müstəqillik Günü və Suverenliyin əhəmiyyəti" mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayonu İcra Hakimiyyətinin Başçısının Qobustan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Tarverdi Qurbanov, 195 saylı məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 195 saylı məktəbin direktor əvəzi Kəmalə Əsədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğuna görə bu tədbirin keçirildiyini və əsas məqsədin isə Konstitusiya və Suverenliyin əhəmiyyəti barədə məktəbin kollektivini məlumatlandırmaq olduğunu bildirib və sözu YAP Qaradağ rayon təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyevə verib.

Qafar Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan olunması ilə əlaqədar ölkəmizin bütün idarə və müəssisələrində belə tədbirlərin təşkil olunmasının mühüm əhəmiyyət daşıdığını qeyd edərək bunun ölkəmizin müstəqillik tarixinə, hüquqi dövlət quruculuğuna və suverenlik prinsiplərinə dövlət başçısı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğunu bildirib. O, Azərbaycan tarixinə qısa ekskursiya edərək ən qədim dövrdən başlayaraq müstəqil Azərbaycan Respublikasının yaranmasına qədər xalqımızın keçdiyi şanlı və şərəfli yola diqqəti çəkərək bu yolda uğur və itgilərimizdən, başımıza imperiyalar və qonşular tərəfindən gətirilən soyqırım və deportasiyalardan geniş bəhs edib. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyasının ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu, bu sənədin müasir dövlətin və vətəndaş cəmiyyəti quruculuğunun hüquqi bünövrəsini təşkil etdiyini, Konstitusiyanın Azərbaycan xalqının azad iradəsini, dövlət müstəqilliyinin hüquqi əsaslarını və vətəndaşların hüquq və azadlıqlarını təmin edən əsas sənəd olduğunu qeyd edib. YAP sədri eyni zamanda suverenliyin bərpası, işğaldan azad olunmuş torpaqlarda Azərbaycanın suveren hüquqlarının tam bərqərar olunması, Konstitusiyanın Qarabağda real həyata tətbiqinin mümkün olmasını Azərbaycanın ümummilli lideri Heydər Əliyev siyasi fəaliyyətinin, həmin kursun hazırkı Prezidenti İlham Əliyevin siyasi və diplomatik bacarığının və xalqımızın mübarizə əzminin nəticəsi olduğunu diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycanda suverenliyin tam bərpası, ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam təmin olunması, Konstitusiyanın real həyatda tam tətbiqi və təsdiqi 44 Günlük İkinci Qarabağ Müharibəsində Böyük Qələbədən sonra mümkün olub. Qafar Əliyev xüsusilə gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyini qeyd edərək, bu kimi tədbirlərin ictimai şüurun formalaşmasına, vətəndaşlıq mövqeyinin və məsuliyyətinin güclənməsinə mühüm töhfə verdiyini bildirib.

Tədbirdə digər çıxış edən müəllimlərdən: Nüşabə Eyvazova, Şəms Hüseynova, Samirə Əmiraslanova, Ruqiyyə Kərimova, Aysel Mirzəyeva, Məlahət Teyibova və başqaları bildiriblər ki, keçirilən bu cür tədbirlər və təşəbbüslər həm müəllimlərin, həm də şagirdlərin, bütövlükdə isə ölkə vətəndaşlarının, xüsusilə də gənc nəslin dövlətçilik, müstəqillik və suverenliklə bağlı vətənpərvərlik tərbiyəsinə, onların hüquqi düşüncəsinin inkişafına, həm də dövlətçilik prinsiplərinin daha da dərinləşdirilməsinə xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 May 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri