Icma.az
close
up
RU
“Qoç ət”in dönərindən 20 sm tük çıxıb? “Əməkdaşlarımız saçı qısa olan kişilərdir”

“Qoç ət”in dönərindən 20 sm tük çıxıb? “Əməkdaşlarımız saçı qısa olan kişilərdir”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakıdakı “Qoç ət” restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur.

“Qafqazinfo” xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb.

O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restoranda rastlaşıb: “Keçən həftənin beşinci günü ailəmlə metronun “Nərimanov” stansiyası yaxınlığında yerləşən “Qoç ət” restoranına getmişdik. Açığı, həmişə oranın ətinin tərifini eşitdiyimdən, dedim budəfəlik dietanı dayandırım və dönər növlərindən birini yeyim. Təəssüf ki, yeməyin içindən təxminən 20 sm-lik saç teli çıxdığı üçün yeməyi yarıda saxlayıb hesabı istədik. Dönər növlərindən başqa bütün əvvəlki sifarişlərin haqqını ödəyib məkanı tərk etdik.

Düzü, mənim gözləntim o idi ki, “Qoç Ət” kimi sanballı brend hansı ki, öz əti ilə ön plana çıxmaqla yanaşı, hətta Ramazan ayında yalnız iftardan sahura qədər fəaliyyət göstərir - satışdan həmin dönəri dərhal yığışdıracaq. Amma yanılmışam. Çünki çıxanda gördük ki, bu neqativ hal “Qoç Ət” komandasının heç vecinə də deyil. Dönərçi dönər şişində fırlanan eyni ətlə heç nə olmamış kimi işinə davam edirdi. Bu isə o deməkdir ki, növbəti müştərilərin qarşısına təxminən 20 sm uzunluğunda saç teli çıxmasa da, eyni ət onlara servis olunmağa davam edəcək”.

Məsələ ilə əlaqədar restoranla əlaqə saxladıq.

“Qoç ət”dən sorğumuza cavab olaraq bildirildi ki, bu halın yaşanması qeyri-mümkündür: “Bu məlumat barəsində ciddi şəkildə araşdırılma prosesi həyata keçirilir. Sadəcə olaraq deyə bilərik ki, bizim restoranlarda dönərçi vəzifəsində çalışan əməkdaşlar saçları qısa olan kişilərdir və müştərilərə xidmət göstərən ofisiantlar da həmçinin. Bu səbəbdən də 20 sm-lik tükün yeməyə düşməsi qeyri-mümkündür”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri