“Qoç Ət”lə bağlı böyük qalmaqal: Menyuda 5.5, qəbzdə 8.2 manat...
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Xidmət sektorunda etimad qazanmaq, xüsusilə də yüksək rəqabətlilik dövründə müştərinin məmnuniyyətini qorumaq çox önəmli məsələdir. Lakin bəzi hallarda qiymət şəffaflığı və xidmət keyfiyyəti ilə bağlı problemlərin hələ də qaldığını görürük.
Redaksiyamıza daxil olan müştəri şikayətinə görə, tanınmış restoranlar şəbəkəsi olan “Qoç Ət”in Nərimanov filialında qiymətlə bağlı narazılıq yaranıb. Belə ki, menyudan 5 manat 50 qəpiyə sifariş etdiyi lahmacun qəbzdə 8 manat 20 qəpiyə hesablanıb. Üstəlik məhsulun keyfiyyəti də ürəkaçan olmayıb.
Müştəri bildirir ki, lahmacunun xəmiri normadan qalın olub və gözlənilən standartlara cavab verməyib.
“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı “Qoç Ət” restoranı ilə əlaqə saxlanılıb. Menecer Ərşad İbrahimov Bizim.Media-ya açıqlamasında ilk cəhddə müştərini günahlandırmağa çalışıb. Müştəriyə əvvəlcədən məhsulun “böyük ölçülü” variantının təklif edildiyini deyərək məsuliyyətdən yayınsa da, sonradan məsələni “texniki səhv” adlandıraraq menyuda düzəliş ediləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununa əsasən, menyuda göstərilməyən və ya açıq şəkildə qeyd olunmayan əlavə xidmət və ya dəyişikliklərə görə istehlakçıdan əlavə ödəniş tələb edilə bilməz.
Yəni qiymət menyuda necə göstərilibsə, müştəri də həmin qiymət əsasında seçim edir və ödəniş etməlidir. Qanuna görə (maddə 13) istehlakçının düzgün məlumat almaq hüququ var və (maddə 21) istehlakçının aldadılması qadağandır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Aprel 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















