Qoca Səmədovun oğlu azadlığa buraxıldı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə qərar qəbul edilib.
Z.Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyib. Həmin maddə ilə ona bəraət verilib. Qəsdən sağlamlığa zərərvurma maddəsi ilə cinayət işinə isə tərəflər arasında barışıq olduğu üçün xitam verilib.
Nəticədə mərhum icra başçısının oğlu azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 3 ay əvvəl rayonun İsmayılabad kəndində baş verib. İlkin məlumatda deyilirdi ki, Zaur Səmədov mübahisə zəminində tanışına ov tüfəngindən atəş açmaqla xəsarət yetirib.
Z.Səmədovun atası Qoca Səmədov Yevlaxın icra başçısı işləyib. O, korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilib. Şərti azadlığa buraxılandan qısa müddət sonra vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 14 Aprel 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















