Icma.az
close
up
RU
Qocalar evi , yoxsa xəstəlik mənbəyi? Kənd Əhmədlidə qəribə obyekt

Qocalar evi , yoxsa xəstəlik mənbəyi? Kənd Əhmədlidə qəribə obyekt

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Baku TV-nin qaynar xəttinə müraciət edən Xətai rayonu, "Kənd Əhmədli" adlanan ərazidə yaşayan sakinlər orada "Qocalar evi" kimi fəaliyyət göstərən müəssisədən şikayətçidirlər. Onlar həmin müəssisədə ruhi xəstələrin olduğunu iddia edirlər.

"İçəridə antisanitar vəziyyət hökm sürür. Onları qanunsuz fəaliyyət göstərdiklərinə görə daha əvvəl işlədikləri yerdən də qovublar. Təcili tibbi yardım maşınlarını bir küçə aşağıda saxlayıb xəstələri əlil arabası ilə içəri aparırlar", - narazı sakinlərdən biri söyləyib.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, adı bilinməyən bu müəssisə hansısa şəxsi evdə yerləşir. Mərkəz yalnız qeyri-yaşayış təsərrüfat obyektlərində xidməti yoxlamalar keçirmək səlahiyyətindədir:

"Şəxsi evdə plandankənar yoxlama keçirilə bilməz. Fakt əsasında hüquq-mühafizə orqanlarına müraciət edilir, onlar tərəfindən müəssisə yoxlanılır və tibbi fəaliyyət aşkar edildikdə, rəsmiləşdirilərək aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilir.

Bu zaman Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə əsasən, həmin müəssisənin sahibinin, orada çalışan əməkdaşların sənədlərini yoxlaya, tibbi xidmət göstərməyə səlahiyyətlərinin olub-olmadığını aşkar edə bilər. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun addımlar atıla bilər".

Problemlə bağlı Daxili İşlər Nazirliyindən isə qeyd edilib ki, Baku TV olaraq məsələni işıqlandırdıqdan sonra polis əməkdaşları vətəndaşları narahat edən məsələni aradan qaldırıblar. Məsul şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Ətraflı süjetdə:

"Qocalar evi", yoxsa xəstəlik mənbəyi? - Kənd Əhmədlidə qəribə obyekt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Sentyabr 2025 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see310

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see214

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see190

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see189

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see168

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see152

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see143

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see139

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see124

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see124

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri